Elxan Abdullayev: “Tam qələbə üçün layiq deyildik”

29.01.2017 | 4646 dəfə oxunub

“Neftçi” Azərbaycan Premyer Liasının 15-ci turunun oyununda səfərdə “Qarabağ”la 1:1 hesablı heç-heçə etdi. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Elxan Abdullayev jurnalistlərin suallarını cavablandırıb:

- Fasilədən sonra həmişə birinci oyun ağır keçir. Biz bu gün həm də çempionla oynayırdıq. Bəlkə də, baxımlı alınmadı, amma gərgin oyun keçdi.

- Namiq Ələsgərov bu gün niyə oynamırdı?

- Bu, qarşılıqlı razılıq əsasında olub. Aramızda söz kəsmişik ki, bu mövsüm Namiq olara qarşı oynamayacaq.

- Hakimlər barədə fikiriniz?

- Mən bu barədə nəsə deyə bilmərəm.

- Hər zaman deyirdiz ki, qışdan sonra yeni “Neftçi” görəcəksiz. Öz komandanızı qurmusuz?

- Çox çətindir. Biz çempiona qarşı oynamışıq və səfərdə. Hücumçu problemimiz vardı, onu da həll etmişik. Növbəti oyunlardan onlar da oynayacaq.

- Kamal Qurbanov haqda düşüncəniz?

- Onunla söhbətimiz olub. Perespektivli futbolçudur. Təklif olsa onu icarəyə göndərə bilərik. Əvəzedici heyət səviyyəsin keçib, amma burda da səas heyətə düşə bilmir. O, bizim futbolçudur.

- Fasilədə heç bir futbolçunuz isinmə hərəkəti etmədi...

- Xəbərim yoxdu bundan. Mən buna ehtiyac da duymadım. Hamını soyunub geyinmə otağına çağırmışdım.

- Bütün futbolçualr sizin istəyinizlə komandaya dəvət olub?

- Əlbəttə. Elə də olmalıdır.

- “Neftçi”nin dəyişdiyini demək olar?

- Özümüzü tərifləməyək. Biz uduzsaydıq, sonra hesabı bərabərləşdirsəydik, daha çox sevinərdim. Həm sevinirik, həm də üzülürük. Çünki qələbəni əldən vermişik. Tam qələbə üçün layiq deyildik. Heç-heçə ədalətli nəticə idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail