“Ona heç bir hörmətsizlik etməmişəm” - Qurban Qurbanov
“Qarabağ” Azərbaycan Premyer Liqasının 15-ci turunun oyununda doğma meydanda “Neftçi”ylə 1:1 hesablı heç-heçə etdi. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- “Neftçi” çox yaxşı oyun
göstərdi. Hər kəs üçün çox maraqlı oyun oldu. “Neftçi”nin Antalyada bir neçə
oyununa baxmışdım. Çox yaxşı müdafiə olunurlar. Futbolçularmın bu gün
nöqsanları oldu. Ancaq onlara buna görə irad bildirmək olmaz. Əsas odur ki,
xalımızın üstünə bir xal da gəldi. Qarşıdakı oyunlar bizim üçün daha çətin
olacaq.
- “Qarabağ” çempionatda
sonuncu dəfə nə vaxt rəqib tərəfindən bu qədər pressinq görüb?
- Düzdü, həqiqətən bir neçə
komandanı çıxmaq şərtiylə belə pressinq edən komanda olmamışdı. “Qəbələ” də
bunu bacarır. “Neftçi” birinci hissədə meydanın bizə aid hissəsində də bunu
edirdi. Bizim üçün xoş oldu. Belə olan halda futbolçularımız daha çox düşünür.
Bu, ancaq bizim xeyrimizə olacaq. Bəlkə də, bu, indi bizim üçün təsirli deyil.
Çünki Avroliqada 12 oyun keçirmişik. Qarşıdakı oyunlarda bunu hiss edəcəyik.
Biz də düşündük ki, 15-20 dəqiqə bunun qarşısını alaq. Onlar oyunu ancaq
pressinq üzərində qurmuşdu.
- “Qəbələ”nin xal itirməsi sizin oyununuza təsir etdi?
- Desəm ki, yox, yalan
olar. Ancaq çalışırdım ki, mən komandanı ancaq bu oyuna kökləyim. Az da olsa o
oyunda fikirlərimiz qalmışdı.
- Namiq Ələsgərov sizə qarşı oynasaydı, sizə daha çox başağrısı ola
bilərdi? Yəni bu centlimen anlaşmanın səbəbi nə idi?
- Biz onu təçənnasız
buraxmışıq. Bunun da qarşısında belə fikir irəli sürülüb, rəhbərlik tərəfindən.
Mən də bunu Elxan Abdullayevə dedim, onlar da razılaşdı.
- Armenteros deyib ki, onu siz yollamısız. Ancaq siz demişdiz ki, onu siz
yollamamısız?
- Bu məsələ dəqiq yadımda
deyil. Hər futbolçuya qarşı ailəcənablıq etmək lazımdı. Bir futbolçunu
komandada görmürəmsə ona bunu açıq şəkildə demək olmaz, hörmətsizlik olar. Biz
də ona demişik ki, öz karyeran haqda düşün. Bilmirəm, yalanın ağı, yoxsa qarası
olurmu? Biz açıqlamamızı vermişik, yola salmışıq. Mən ona heç bir hörmətsizlik
etməmişəm. Onun oynamadığı vaxtlar da olub və dəfələrlə danışmışıq. Onun
müqaviləsi də 1+1 sistemiylə bağlanmışdı. Müqavilə bitdi və o da azad futbolçu
olaraq komandadan ayrıldı.
- Almeydanın yeri göründü?
- Almeyda komandanın əsas futbolçusudur. Çox hallar olub ki,
Almeydasız da oynayın qələbə qazanmışıq. Amma onun olmaması o qədər də xoş
deyil. Çox istərdim ki, bu gün meydanda olsun.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |