Samir Abasov üçün əlamətdar oyun

30.01.2017 | 4194 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XV turu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov üçün əlamətdar olub. Stadium.Az xəbər verir ki, 39 yaşlı mütəxəssis “Gənclik şəhəri” təmsilçisini 50-ci dəfə rəsmi matça çıxarıb.

Bu yubiley “Qəbələ” ilə səfər görüşünə təsadüf edib. 1:1 hesablı heç-heçə Abasovun baş məşqçi kimi 14-cü bərabərliyi olub. “Sumqayıt” onun rəhbərliyi altında 15 qələbə qazanıb və 21 dəfə məğlubiyyətə uğrayıb. Baş məşqçi 58 vurulan və 77 buraxılan qola şahidlik edib. Ötən mövsümün 7 çempionat oyunundan sonra bu posta təyin olunan çalışdırıcı Premyer Liqada 44, kubokda 6 dəfə iş başında olub.

Abasovun “Sumqayıt”ın baş məşqçisi kimi ilk oyunu 2015-ci il oktyabrın 18-də gerçəkləşib. “İnter”lə ev görüşü də yubiley matçı kimi 1:1 hesabı ilə nəticələnib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail