"Qarabağ" rəsmisi klubu ittiham edənlərə səsləndi

02.02.2017 | 4827 dəfə oxunub

“Qarabağ”ın baş meneceri Asif Əsgərov son günlər klubla bağlı media və sosial şəbəkələrdə səsləndirilən fikirlərə münasibət bildirib.

Stadium.Az xəbər verir ki, "Facebook" sosial şəbəkəsində bu barədə paylaşım edən Əsgərov konkret ad çəkməsə də, Ağdam klubunu ittiham edənləri cılızlıqla günahlandırıb:

“Bir az öncə PSJ-“Monako” oyununun videoyazısına baxdım. Son dəqiqədə “Monako”nun vurduğu qol anında istəməyərək olsa belə, “qol” deyib qışqırdım..

Niyə? Çünki...

… Bu, həmin “Monako”du ki, onu Azərbaycana gəlməyə məcbur edən komandadır, “Qarabağ”.

Bu həmin “Qarabağ”dır ki, “Monako”nu topla “döyüb”, onu cəmi 1 xal qazanmağa səvinməyə məcbur edib.

Bu, həmin “Qarabağ”dır ki, “Böyük beşlik” ölkələrindən dördünün komandalarını Azərbaycan azarkeşinə canlı izləmək imkanı yaradıb.

Və bu “Qarabağ” məğlubiyyət ruhunu unutduran, azarkeşini stadiona QƏLƏBƏ umidi ilə gətizdirən komandadır. Bu, həmin “Qarabağ”dır ki, oynadığı hər bir ölkədə hamını QARABAĞ və AZƏRBAYCAN sözünü yanaşı səsləndirməyə məcbur edib.

Və... cənab Prezident tərəfindən “…Siz o anda da öz təmkininiz, səbriniz, duruşunuzla Azərbaycan mədəniyyətini bütün dünyaya göstərdiniz!” qiymətini alan komandadır “Qarabağ”...

Biz o qədər cılız deyilik ki...

... Çalışın özünüzün günahlarını bilərəkdən artırmayın.. Günah ovucumuzun içindədi. Ovucunuzu bərk sıxın ki, özümüzü də qoruyaq, ətrafımızı da…”

 Son vaxtlar Peşəkar Futbol Liqasının hakimlərin köməyi ilə "Qarabağ"a kömək etməsinə dair ittiham səslənir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail