"Meydandan kənarlaşdırılmağım çox gülməli və təəccübləndiricidir"

04.02.2017 | 4495 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ” – “Neftçi” oyunundan sonra (1:0) “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Stadium.Az xəbər verir ki, ukraynalı mütəxəssis oyun barədə belə danışıb:

“Daniel Subotiç yaxşı, qol vuran hücumçu olduğunu sübut etdi. O, bu matçda əlinə düşən tək imkandan maksimum faydalandı. Ötən oyundan sonra hücumçularımızın imkanlardan yararlana bilməməyini tənqid etmişdim. Lakin oyunçularımızı tənqid etməklə yanaşı, həm də dəstəkləyirəm.

Hücumçular uzun müddət qol vura bilməyəndə psixoloji cəhətdən çətin vəziyyətə düşürlər. Belə durumda vurulan 1 qol vəziyyəti dəyişir. Bugünkü matçdan sonra eşitdim ki, qol vurulan anda ofsayd var idi. Amma özüm epizodu izləməmişəm. Buna baxandan sonra tam dəqiqliyi ilə fikrimi deyə bilərəm. Hakimlərimin səhvləri sayəsində qələbə qazanmağı və məğlub olmağı istəmirik. Təmiz oyunlar olmasının tərəfdarıyıq”.

Qriqorçuk texniki zonadan kənarlaşdırılması və son turlara təsadüf edən hakim səhvlərinə də toxunub: “Meydandan kənarlaşdırılmağım çox gülməli və təəccübləndiricidir.

Epizodlardan birində öz reaksiyamı bildirdim və bu zaman rəqibin ehtiyat oyunçular skamyasından bir nəfər mənə qışqırdı. Mən ona cavab verəndə isə hakim tərəfindən texniki zonadan kənarlaşdırıldım. Düzdür, bəzən öz səhvimə görə texniki zonadan uzaqlaşdırılmışam. Amma budəfəki vəziyyət fərqli idi. Biz məşqçilərin öz işimizlə məşğul olmasını istəyirəm. Həmkarlarıma hörmətim böyükdür. “Neftçi” qış fasiləsində güclənib, yaxşı komandadır. Görünən odur ki, çempionatda rəqabət artıb. Aramızda düzgün, ədalətli mübarizə getməlidir. On hakim səhvindən sonra çempion olursansa, sənə qızıl medalı onların qazandırdığını deyəcəklər. Bunu isə heç kim istəməz”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail