Azərbaycanda 3 şübhəli oyun aşkar edilib

06.02.2017 | 4647 dəfə oxunub

2016-cı ildə Azərbaycanda nəticəsi şübhəli olan 3 idman yarışı qeydə alınıb. Stadium.Az xəbər verir ki, bu barədə Avropa İdman Təhlükəsizliyi Assosiasiyasının (ESSA) hazırladığı illik hesabatda bildirilir.

Sənəddə göstərilir ki, hər 3 şübhəli qarşılaşma tennis oyunlarında baş verib. Lakin həmin görüşlərin hansı turnirdə və tennisçilər arasında keçirildiyi açıqlanmır.

Yunanıstanda 11 (futbolda 5, voleybolda 4, tennisdə 2), Rusiyada 9 (tennisdə 7, futbolda 2), İspaniya (tennisdə 5, futbolda 2) və İtaliyada (tennisdə 6, futbolda 1) hərəyə 7 şübhəli oyun müəyyənləşdirilib.

Ümumilikdə ESSA ötən il 130 şübhəli pul qoyuluşu halı qeydə alıb. Bunlardan 103-ü tennis, 16-sı futbol, 4-ü voleybol, hərəyə 2-si stolüstü tennis və çimərlik voleybolu, hərəyə 1-i snuker, basketbol və həndbola edilib. Bu qurum 2005-ci ildə pul qoyuluşu bazarını monitorinq etmək, eləcə də danışılmış oyunlar barədə idman orqanlarını və milli tənzimləyiciləri məlumatlandırmaq məqsədilə yaradılıb. Assosiasiya informasiyaları nəhəng lisenziyalaşdırılmış bukmeyker kontorlarından alır, FİFA, Beynəlxalq Olimpiya Komitəsi və digər aparıcı idman təşkilatları ilə əməkdaşlıq edir. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail