Ronaldinyo: "Messi dünyada ən yaxşı futbolçudur, onunla müqayisə ediləsi kimsə yoxdur"

07.02.2017 | 4346 dəfə oxunub

"Barselona" və Braziliya millisinin eks futbolçusu Ronaldinyo katalon klubunun hücumçuları - Messi və Neymar haqqında danışıb. Stadium.Az xəbər verir ki, "sambaçı" bunları deyib:

"Neymar ulduz futbolçudur, işinin öhdəsindən əla gəlir. Daha bir braziliyalının tarix yazmağını müşahidə etmək gözəl hissdir. Romario, Rivaldo və Ronaldo mənim üçün dünya futboluna qapı açmışdı. Mən də eyni şeyi Neymar üçün etdim. "Barselona" tarixinə düşən braziliyalı futbolçuları xatırlamaq çox xoşdur. Vaxtında Neymar da öz istədiyinə çatacaq.

Messi dünyada ən yaxşı futbolçudur, onunla müqayisə ediləsi kimsə yoxdur. Leo meydana çıxdığı ilk gündən indiyə kimi heç dəyişməyib. Özünü oyuna həsr edir. "Barcelona"nın əsas komandasında qol hesabını açanda futbol tarixində yeni səhifə yazılmağa başladı. Həmin qolun ötürməsini mən vermişdim. Deməli, peşəkar futbolda ilk addımlarını atmasında mən də iştirak etmişəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail