"Optimal forma yığmaq üçün mənə daha 5-6 gün lazım olacaq" - MÜSAHİBƏ

08.02.2017 | 2502 dəfə oxunub

"Neftçi"nin hücumçusu Daniel Seqoviya klubun rəsmi saytına müsahibə verib. Stadium.Az bu müsahibəni təqdim edir:

- Yeni komandaya, abu-havaya uyğunlaşa bilmisiz?

- Abu-havaya artıq tam uyğunlaşmışam. “Neftçi”də məni hər şey qane edir. Komanda yoldaşlarım məni isti qarşıladı, buna görə onlara minnətdaram. Klub rəhbərliyi və məşqçilər heyəti məni gözəl başa düşür. Qalır yalnız qol vurub azarkeşləri sevindirmək.

- Özünüzü qarşıdakı oyunlara hazır hesab edirsinizmi?

- Təbii ki, bir müddət komandasız məşq etdiyimi nəzərə alsaq, vəziyyətim elə də ideal deyil. Amma formamı itirməmişəm. Fikrimcə, optimal forma yığmaq üçün mənə daha 5-6 gün lazım olacaq.

- Bəs ilk qol üçün necə?

- Qol vurmaq üçün 100 faiz hazır olmaq vacib deyil. Sadəcə, lazımi vaxtda lazımi yerdə olmaq kifayətdir.

- Əsas heyətdəki yer uğrunda Huqo Barqasla mübarizə aparacaqsız. Amma görünür rəqabət sizin münasibətinizə pis təsir göstərmir...

- Bütün komanda yoldaşlarımla, eləcə də Huqo ilə münasibətim yaxşıdır. Əgər o daim qol vursa, mən buna yalnız şad olaram. Əsas odur komanda qələbə qazansın. Əlbəttə, mən də “Neftçi” üçün faydalı olmaq istəyirəm və hesab edirəm ki, Huqo ilə rəqabətimizin bütün komandaya xeyri dəyəcək. Kim daha yaxşı hazır olsa, o da oynayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

04.04.2020

03.04.2020

02.04.2020

01.04.2020

31.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ