"Dubla imza atmağım, çempionluq və bombardirlik haqda danışmaq istəməzdim"

10.02.2017 | 2187 dəfə oxunub

“Asan oyun olmur. AZAL-la qarşılaşma da istisna deyil. Bütün görüşlərdəki kimi yenə ağır və gərgin oyun keçdi”. Stadium.Az xəbər verir ki, bunu “Qəbələ”nin futbolçusu Filip Ozobiç Premyer Liqanın 17-ci turunda AZAL-a qalib gəldikləri oyun (2:0) haqda danışarkən deyib.

Xorvatiyalı yarımmüdafiəçi klubun saytına açıqlamasında  AZALın onlar üçün asan rəqib olmadığını bildirib:

“Rəqibimiz hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşsa da, kifayət qədər yaxşı futbol nümayiş etdirdi. Buna baxmayaraq, hesab açılana qədər də qol imkanlarımız oldu. Düşünürəm ki, fərqlənməyimiz üçün hücumların sonunda bir az uğur çatmırdı. Amma komandamızın heyətində xeyli sayda yüksək ustalıq səviyyəsinə malik futbolçular var. Bu da sonda sözünü dedi və 2 qol vura bildik”. 

Vurduğu qolların sayını 9-a çatdırıb, bombardirlər yarışında vahid liderliyi ələ alan Ozobiç “Qəbələ”də ilk dubluna imza atıb. Sonuncu dəfə vətənində “Slaven”in heyətində çıxış edərkən bir oyunda 2 qol vuran orta sahə oyunçusu 1004 gündən sonra dubl rəsmiləşdirib. 2014-cü il mayın 11-də “Zadar” üzərində qələbəyə 2 topla töhfə verən Filip dubl və bombardirlik haqda yox, yalnız qarşıdakı matç barədə düşünür:

“Hələ “Slaven”də çıxış etdiyim vaxt imza atdığım sonuncu dublu yaxşı xatırlayıram. Amma bu dəfə 2 qol vurmağım deyil qalib gəlib, bu üç xalı qazanmağımız vacib idi. Dubla imza atmağım, çempionluq və bombardirlik haqda danışmaq istəməzdim. Çünki yalnız qarşıdakı görüşə köklənib, həmin matçı düşünürük. “Zirə” ilə həmin qarşılaşmaya da qələbə üçün çıxacağıq. Səfərdən 3 xalla qayıtmaq istəyirik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

04.04.2020

03.04.2020

02.04.2020

01.04.2020

31.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ