Mövsümün 150-ci qolu Əfrandan

10.02.2017 | 2792 dəfə oxunub

Azərbaycan Premyer Liqasında mövsümün yubiley qolu vurulub. Stadium.Az xəbər verir ki, XVII turun “Qarabağ” – “Zirə” görüşündə qeydə alınan ilk top mövsümdə 150-ci olub.

Bu qola Ağdam klubunun futbolçusu Əfran İsmayılov imza atıb. Belə ki, bu turadək 147 vurulmuşdu. Turun ilk gününün 3-cü qolu mövsümdə 150-ci kimi tarixə düşüb.

Çempionatın 1-ci qolunu 2016-cı il avqustun 6-da keçirilən AZAL – “Neftçi” oyununun (0:2) 60-cı dəqiqəsində qonaqların futbolçusu Elvin Bədəlov vurub. 50-ci qol isə “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin hesabındadır. O, V turun sentyabrın 19-da keçirilən “Zirə” ilə matçının (2:0) 20-ci dəqiqəsində fərqlənib. 100-cü qol isə X turun oktyabrın 30-da baş tutan “İnter” – “Sumqayıt” (3:1) görüşünə təsadüf edib. Nizami Hacıyevin 80-ci dəqiqədəki qolu yubiley xarakteri daşıyıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

04.04.2020

03.04.2020

02.04.2020

01.04.2020

31.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ