Ramil Şeydayev: "Keçidimə sevinirəm"

11.02.2017 | 3634 dəfə oxunub

Millimizin üzvü Ramil Şeydayevin Slovakiyanın "Jilina" klubuna keçidi rəsmiləşib. Stadium.Az xəbər verir ki, millimizin hücumçusu 2018-ci ilin iyununa kimi sözügedən klubda icarə əsasında çıxış edəcək.

Futbolçumuz yeni komandasına keçidi barədə klubun rəsmi saytına açıqlama verib:

"Keçidimə sevinirəm. Mənim üçün yaxşı seçimdir, bu mütəmadi olaraq oynamaq və öz komandama fayda vermək üçün bir fürsətdir. Mən "Trabzonspor"un slovakiyalı legionerləri Matuş Bero və Yan Dürits ilə danışdım və onlar məni inandırdılar ki, "Jilina“ böyük klubdur və mənə uyğundur. Burada mütəmadi oynayacağımı düşünürəm".

O, yeni komandası ilə həm çempionatda, həm də avrokuboklarda qələbə qazana biləcəyinə ümid etdiyini bildirib: "İlk təəssüratlarım çox yaxşıdır. Yeni klubda oynamağa başlamaq imkanımı səbrsizliklə gözləyirəm".

Müqavilə ilə "Trabzonspor"a məxsus olan Ramil Şeydayev Türkiyə klubunun heyətində cəmi 3 görüş keçirib və 1 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail