Bu gün 4 cüdoçumuz “Böyük Dəbilqə”də mübarizəyə başlayır

11.02.2017 | 2933 dəfə oxunub

Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək. Stadium.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 4 idmançısı mübarizəyə qoşulacaq.

“Böyük Dəbilqə”nin ikiqat qalibi Orxan Səfərov (60 kq) mübarizəyə 1/16 finaldan start verəcək. O, ilk qarşılaşmasında İn Hyuk Çoini (Cənubi Koreya) sınağa çəkəcək.

Bu çəkidə ölkəmizin idman şərəfini Nicat Şıxəlizadə (66 kq) qoruyacaq. İlk mərhələdən azad olan Qra-prinin qızıl mükafatçısı 1/16 finalda Daqa Qinq (Çin) - Honq Nin Mak (Honkonq) cütünün qalibini gözləyir.

Bu çəki dərəcəsinin lideri olan Rüstəm Orucov (73 kq) da “Böyük dəbilqə”yə 1/16 finaldan start verəcək. O, bu mərhələdə Yeldos Jumaxanov (Qazaxıstan) - Matye Lebreton (Fransa) cütünün güclüsü ilə döyüşəcək.

Orucovla eyni çəki dərəcəsində gücünü yoxlayan Hidayət Orucov isə 1/16 finalda Kuok Vinq Li (Honkonq) ilə üz-üzə gələcək.

Yığmamız yarışa 7 idmançı ilə yollanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail