“Böyük Dəbilqə”nin ilk günündə 3 medal

12.02.2017 | 3964 dəfə oxunub

Ötən gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib. Stadium.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 4 idmançımız mübarizəyə qoşulub.

“Böyük Dəbilqə”nin ikiqat qalibi Orxan Səfərov (60 kq) mübarizəyə 1/16 finaldan start verib. O, ilk qarşılaşmasında İn Hyuk Çoini (Cənubi Koreya) sınağa çəkib. Görüş həmyerlimizin qələbəsi ilə başa çatıb. Səfərov 1/8 finalda qazaxıstanlı Qusman Kırqızbayevlə üz-üzə gəlib və görüşdən qalib ayrılıb. O, 1/4 finalda fransız Visent Limar da təmsilçimiz üçün keçilməz olmayıb.

Səfərov yarımfinalda Naohisa Tokataya (Yaponiya) məğlub olub. Bürünc medal uğrunda görüşdə braziliyalı Erik Takabatakqalib gələn Orxan mötəbər yarışı bürünc medalla yekunlaşdırıb.

Nicat Şıxəlizadə 1/16 finalda Daqa Qinqla (Çin) qüvvəsini sınayıb və rəqibini məğlub etməkdə çətinlik çəkməyib. Nicat 1/8 finalda Kennet Van Qanskbeklə mübarizə aparıb və bu dəfə də tatamidən qalib ayrılıb. Şıxəlizadə belçikalı cüdoçunu 1 dəqiqə 46 saniyəyə ippona salıb. İdmançımız yarımfinala gedən yolda Anzaur Ardanovla (Rusiya) qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Təsəlliverici görüşlərdə qələbə qazanan Nicat Parisdən "bürünc"lə dönür.

Rüstəm Orucov da “Böyük dəbilqə”yə 1/16 finaldan start verib. O, bu mərhələdə Yeldos Jumaxanovla (Qazaxıstan) döyüşüb. Olimpiya mükafatçımız qarşılaşmasını vaxtından əvvəl bitirib. Rüstəm rəqibinə ipponla qalib gəlib. O, 1/8 finalda portuqaliyalı Jorj Fernandeslə gücünü yoxlayıb. Orucov yenə qələbə qazanıb. Analoji yarışın ikiqat qızıl mükafatçısı 1/4 finalda Saininjiriqara (Çin) üzərində qələbə ilə yarımfinala yüksəlib.

Çanqrim Anla (Cənubi Koreya) yarımfinalın əsas vaxtı bərabərliklə başa çatıb. "Qızıl xal"ı rəqib qazanıb. Rüstəmin bürünc medal uğrunda rəqibi isə həmyerlimiz Hidayət Heydərov olub. Əsas vaxtı 0:0 hesabı ilə başa çatan matçda "qızıl xal"ı Hidayət qazanıb.

Yığmamız yarışa 7 idmançı ilə yollanıb. Daha 3 cüdoçumuz sabah tatamiyə çıxacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail