Subotiç: "Futbolçu kimi narahat olmağa dəyər" - MÜSAHİBƏ

13.02.2017 | 3741 dəfə oxunub

“Qəbələ”nin hücumçusu Daniel Subotiç "Zirə"ylə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Əvvəlcə oyun haqda fikrinizi eşitmək istərdik...

- Özünüz də gördünüz, çox çətin oyun oldu. Mümkün qədər müdafiədə diqqətli oynamağa çalışsaq da, son saniyələrdə heç nədən qol buraxdıq. Nəticədə 3 yox, 1 xalla ayrılmalı olduq.

- “Zirə”nin bu oyuna xüsusi motivasiya ilə hazırlaşdığından xəbərsiz deyildiniz. Bu baxımdan, ehtiyatı son saniyələrə qədər qorumaq lazım idi...

- Biz rəqibin kimliyindən asılı olmayaraq, öz oyunumuza konsantrasiya oluruq. Ötən oyunla indiki matçdakı rəqibin bizim üçün heç bir fərqi yox idi. Əslində, biz daha çox motivasiyalı idik, çünki çempionluq uğrunda mübarizə aparırıq.

- Rasim Ramaldanovun qırmızı vərəqə alması oyununuza nə dərəcədə təsir etdi?

- Hücumda idim. Ordan gördüyüm qədəri ilə qırmızı vərəqə yox idi. Hər iki futbolçu mübarizə aparırdı. Amma epizodun videoyazısına baxacağıq.

- Geri dönüşünüzdən sonra gördüklərinizə əsasən nələrin dəyişdiyini deyə bilərsiniz?

- Bu haqda danışmaq tezdi. Cəmi iki oyunda meydana çıxmışam. Bir matçda isə sonradan oyuna qoşulmuşam. Amma eşitdiyimə görə, çempionat əvvəllər daha güclü idi.

- Qış fasiləsindən sonra keçirilən oyunların əksəriyyətində hakim səhvləri ön plana keçir. Bu sizi narahat etmir?

- Futbolçu kimi narahat olmağa dəyər. Çünki hakim istənilən an hansısa maraqlı, gözəl oyunu yanlış qərarları ilə dağıda bilər. Digər tərəfdən futbolçu olaraq oyunumuza köklənməli, qalib gəlməliyik. Sırf hakimə diqqət yetirməməliyik.

- Növbəti oyunda “Qarabağ”la qarşılaşacaqsınız. Çempionun oyunlarınız izləmisinizmi? Qələbə qazanmaq üçün nə etmək lazımdı?

- Əlbəttə, “Qarabağ”ın Avropa Liqasındakı oyunlarını izləmişik. Biz çempionluq uğrunda mübarizə aparırıq və çalışmalıyıq ki, məqsədimizə nail olaq. Bura da bunun üçün dəvət edilmişəm. Elə etməliyik ki, sonda çempionluğu biz qazanaq.

- İlk dəfə “Qəbələ”də Yuri Syominin rəhbərliyi altında oynamısız. Bəs Roman Qriqorçukun tələbləri ağırdımı?

- Tələblər fərqlidi. Yuri Syomin yaxşı mütəxəssisdi, onun öz yolu, öz baxışı var. Amma Roman Qriqorçuka üstünlük verirəm. Ona görə yox ki, onun rəhbərliyi altında oynayıram. Qriqorçuk hər bir detalı izah edir, meydana çıxanda nə edəcəyimi bilirəm. Tələblərini də aydın şəkildə izah edir. Meydanda olan zaman texniki zonada məşqçi dayandığını və səni dəstəklədiyni hiss edirsən.  

- Bir neçə gün əvvəl rəfiqənizlə şəkilləriniz internet portallarını bəzədi və həqiqətən də oxucularımızın marağına səbəb oldu. Siz necə, izlədinizmi?

- Xəbərim yoxdu, izləməmişəm. Bu haqda heç kim heç nə deməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail