AFFA İraq millisinin yoxlama oyunu keçirmək təklifini rədd edib

13.02.2017 | 3636 dəfə oxunub

AFFA Azərbaycan milli komandasının İraq yığması ilə yoldaşlıq görüşündən imtinasına dair xəbərlərə münasibət bildirib.

Stadium.Az xəbər verir ki, Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu "Report"a açıqlamasında İraq tərəfdən belə bir təklif aldıqlarını təsdiqləyib.

O deyib ki, iraqlılar görüşün martın 16-da Bakıda təşkil olunmasını istəyiblər. Lakin M.Nərimanoğlunun sözlərinə görə, sıx təqvim üzündən cavab müsbət olmayıb: "Biz tərəfdən bildirilib ki, 9 martda Azərbaycan yığmasının səfərdə Qətərlə yoldaşlıq görüşü, 18-19 martda isə Azərbaycan Premyer Liqasında XXIII turun oyunları olacaq. Daha sonra milli komanda Almaniya ilə martın 26-da keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlaşacaq".

AFFA rəsmisi İraq tərəfinə əməkdaşlıqla bağlı müsbət cavab verdiklərini də əlavə edib. O, gələcəkdə məsələyə baxılmasının mümkünlüyünü vurğulayıb.

Azərbaycan millisinin İraqla yoldaşlıq görüşündən imtinasına dair xəbəri İran mətbuatı yazıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail