AFFA "Qarabağ"ın müraciətinə rədd cavabı verdi

14.02.2017 | 3723 dəfə oxunub

AFFA İntizam Komitəsi “Qarabağ”ın şikayətini rədd edib. Stadium.Az xəbər verir ki, İK-nin bu gün keçirilən iclasında Ağdam klubunun futbolçusu Ağabala Ramazanova Premyer Liqanın 18-ci turunda “Kəpəz”lə oyunda göstərilən sarı vərəqənin ləğvi ilə bağlı müraciətinə münasibət mənfi olub.

İK-nin bugünkü qərarları sırasında bununla bağlı qərarın olmaması belə deməyə əsas verir ki, hakim Ömər Paşayevin göstərdiyi vərəqə haqlı sayılıb.

A.Ramazanov bu vərəqəni almaqla sarı cəza limitini doldurub. Buna görə də o, “Qəbələ” ilə Premyer Liqanın 19-cu turunun oyununu buraxmalı olacaq.

“Kəpəz”lə matçın ikinci hissəsində meydana çıxan A.Ramazanov bilmədən, arxası "Kəpəz"in qapıçısı David Kərimiyə tərəf olub və qolkiper topu zərbə ilə oyuna daxil edərkən onunla toqquşub. Nəticədə hər iki futbolçu zədə alıb və meydana həkimlər çıxıb. Bu səbəbdən o, sarı vərəqə alıb. “Qarabağ” oyundan dərhal sonra görüşün protokuluna vərəqənin ləğvi ilə bağlı qeyd verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail