Azərbaycanlı klub prezidenti Serbiyada güllələndi, Miçoviç döyüldü - FOTO

14.02.2017 | 5090 dəfə oxunub

“Neftçi”nin sabiq qapıçısı Vladimir Miçoviç, 48 yaşlı Yaşar adlı Azərbaycan vətəndaşı və Vladimir Miloeviç adlı şəxs naməlum şəxslərin hücumuna məruz qalıb.

Qol.az-ın xəbərinə görə, bu haqda Serbiyanın “Blic” nəşri məlumat yayıb. Hadisə dünən Belqraddakı kafelərdən birində, səhər saat 6 radələrində baş verib. Tərəflər arasında toqquşma nəticəsində Miçoviç başından zədə, Yaşar adlı Azərbaycan vətəndaşı isə bud nayihəsindən güllə yarası alıb.

Bildirilib ki, əvvəlcə tərəflər arasında mübahisə şəhər PUB-larından birində yaranıb, sonra isə kafedə davam edib. Bu zaman təkcə yumruqlar deyil, silah da işə düşüb. Bundan sonra atəş açan və hücum edən şəxslər hadisə yerindən qaçıblar. Sonra kafeyə dərhal təcili yardım çağırılıb.

Miçoviç 2005-2010-cu ildə “Neftçi”də oynayıb. 2014-cü ildə isə bu komandada məşqçi kimi fəaliyyət göstərib.

Stadium.Az saytının əldə etdiyi bilgiyə görə isə ayağından güllə yarası alan Yaşar adlı Azərbaycan vətəndaşı Yaşar Rüstəmocdur. Yaşar Rüstəmov daha əvvıl fəaliyyət göstərən və 1-ci dəstədə çempion olduqdan sonra dağılan "Abşeron" klubunun o vaxtkı prezidentidir. Vladimir Miçoviç "Neftçi"də çıxış etiyi zaman Yaşar Rüstəmov serbiyalı qapıçı ilə dostluq edirdi. Hətta Rüstəmovun Miçoviçin meneceri olduğu da bildirilridi.


Azərbaycan vətəndaşı təcili yardım maşınla xəstəxanaya aparılarkən

Foto: Blic



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail