Luis Enrike: "Cavab oyununda 5 qol vurmalıyıq"

15.02.2017 | 4342 dəfə oxunub

"Barselona" Çempionlar Liqasının 1/8 final mərhələsində keçirdiyi ilk oyunda səfərdə PSJ tərəfindən darmadağın olundu - 0:4. Stadium.Az xəbər verir ki, matçdan sonra katalonların baş məşqçisi Luis Enrike bu nəticəyə görə özünü günahkar görüb.

"Hər şey sadədir. Rəqib topla və topsuz bizdən daha yaxşı oynadı. Nəticə meydanda baş verənləri tam əks etdirir. Uzun izahata ehtiyac görmürəm.

İdmanda belə problemlər ortaya çıxır. Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm. Məşqçi günahkardır. Komanda bir neçə gün öncə qalib gələn futbolçulardan ibarətdir. Birinci hissədən sonra (0:2) işimiz çətin idi. Vəziyyəti düzəltməyə çalışdıq, nəticədə daha 2 qol buraxdıq. PSJ-nin oyunu məni təəccübləndirmədi. Onların pressinq edəcəyini matçdan əvvəl deyirdim.

Təkbətək mübarizələri uduzduq. PSj gözlədiyimiz kimi oynadı və ən yaxşı futbolunu göstərdi. Amma ümidimzi itirmirik. Cavab oyununda 5 qol vurmalıyıq. Futbolçularıma tam güvənirəm".

1/8 finalın cavab oyunu 8 martda "Kamp Nou"da baş tutacaq. Avrokuboklar tarixində heç bir komanda ilk oyunda 4 cavabsız qolla uduzandan sonra mərhələ adlaya bilməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail