Qurban Qurbanov: “Nə qədər ki, biz burdayıq, danışılmış oyun olmayacaq”

19.02.2017 | 3562 dəfə oxunub

Bu gün “Qarabağ” Azərbaycan Premyer Liqsının 19-cu turunun oyununda səfərdə “Qəbələ”yə 2 cavabsız qolla məğlub oldu. Stadium.Az xəbər verir ki, oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Məğlub olsaq da, bütün futbolçulardan və oyunumuzdan raz qaldım. Bizi bundan sonra daha ağıq oyunlar gözləyir. Belə oyunlar çox olsa futbolumuz daha da yaxşı inkişaf edər.

- Hakimin ilk qolda qolu qeydə almayıb, sonra almasına münasibətiniz?

- Eyni hal bizim “İnter”lə oyunda da olmuşdu. Bu dəfə

- Olmayan futbolçuların yoxluğu komandaya necə təsir etdi?

- Bunu müzakirə etmək istəmirəm. Təbii ki, bütün futbolçularımızın xidmətindən istifadə etsək daha yaxşı olardı.

- “Qarabağ” hər zaman yerli futbolçuların ustalıq səviyyəsinə görə rəqiblərin üstələyib. Bu məqam “Qəbələ”də axsayan yer olub. Bu gün bunun əksi oldu?

- “Qəbələ” bir neçə yerli futbolçu komandaya cəlb edib. Yaxşı komanda yaradıblar. Ancaq mən bütün yerli futbolçularımın çıxışından razı qaldım.

- Qəbələli azarkeşlər bu gün açdığı pankartla “Qarabağ” – “Zirə” arasında danışılmış oyun barədə pankart açmışdı. Kapitan Rəşad Sadıqov da bu barədə televiziyada danışdı. Sizin fikriniz necədir?

- Mən belə fikirlərin səslənməsinə təəssüf edirəm. Ən pisi odur ki, bu söhbətləri Rəşad Sadıqovu, Anar Nəzirovu tanıyanlar danışır. Belə insanlar haqda bu cür düşünməməlidirlər. Mən şadam ki, həyatda Rəşad kimi dürüst dostum var. Nə qədər ki, biz burdayıq, danışılmış oyun olmayacaq. Hətta doğma qardaşımıa belə. Biz belə şeylərdən uzağıq. Öz yolumuz var, bununla da davam edirik. Öz işimizə və peşəmizə, daha sonra rəhbərliyimizə sadiq qalmağa çalışırıq. Tutub getdiyimiz yol düzdür. Bunu bizi yaxından tanıyan hər kəs bilir. Allah hər şeyin ən gözəlini bilir.

- Düşünmürsüz ki, “Qarabağ”a qarşı qara piar aparılır?

- Mən bunu təxribat hesab etmirəm. Ancaq futbolçulara təsir edir. Ancaq onlar da mənə baxırlar, mənim yanımdadırlar.

- Bu gün 12-ci oyunçu nəticəyə təsir etdi?

- Azarkeşlər hər zaman komandaya dəstək olurlar. Amma bu gün bizim də azarkeşlərimiz vardı. Onlar digərlərindən geri qalmırdılar. Biz rəqibin azarkeşlərin hiss etmədik.

- Məğlubiyyətdə özünüzü günahkar hesab etmirsiz?

- Mən hər zaman məğlub olanda özümü günahkar hesab etmişəm. başda mən, sonra futbolçular.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail