Vurğun Hüseynov: "Bir klubda 100 oyun keçirmək böyük işdir"

23.02.2017 | 1181 dəfə oxunub

Premyer Liqada 3 tur bundan əvvəl "Sumqayıt"ın heyətində 100-cü oyununu keçirmiş kapitan Vurğun Hüseynov AZAL üzərindəki qələbəni şərh etməklə yanaşı, növbəti turda "Zirə" ilə baş tutacaq oyun haqqında da fikirlərini bildirib. 

Stadium.Az xəbər verir ki, kapitan klubun saytına açıqlamasında bu turda baş tutacaq görüşün vacibliyindən danışıb: "AZAL-la oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. Bu səbəbdən oyuna olduqca ciddi hazırlaşmışdıq. Bütün kollektiv olaraq 3 xalı qazanıb yenidən turnir cədvəlinin 4-cü pilləsinə yüksəlməyi qarşımıza məqsəd qoymuşduq. Açığı, oyun istədiyimiz kimi alınmadı. Uşaqlarda həyacan hiss olunurdu. Buna baxmayaraq, çətinliklə də olsa 3 xalı qazandıq. İndi bizi qarşıda daha çətin rəqib gözləyir. Səfərdə "Zirə" ilə oyunumuz var. Artıq bu oyunun hazırlığına bu gündən başlamışıq. "Zirə"nin gücü hamıya məlumdur. Düzdür, ilk iki dövrənin hər iki oyununda onlara qalib gəlmişik. Amma bu qarşılaşma hər iki komanda üçün daha vacibdir. Altı xallıq oyundur desəm, yanılmaram. Bütün kollektiv olaraq bu oyuna köklənmişik. İnşallah, "Zirə" səfərdindən sərfəli nəticə ilə qayıdarıq".

Vurğun Hüseynov "Sumqayıt"dakı ümumi vəziyyətə də aydınlıq gətirib. O, çempionatın sonlarına yaxın bütün oyunların çətin keçəcəyini bildirməklə yanaşı qazanılan uğurlu nəticələrin heyətdə yer alan gənc futbolçuların püxtələşməsində önəmli olduğunu da vurğulayıb: "Allaha şükür, klubumuzda vəziyyət stabildir. Sponsor və rəhbərliyin səyləri nəticəsində heç bir problemimiz yoxdur. Komanda olaraq sırf futbolu düşünürük. Bu da bizə oyunlara daha yaxşı köklənməyə səbəb olur. Qarşıda olduqca çətin 9 tur var. Uğurlu nəticə qazanmaq istəyiriksə, bütün komanda olaraq var qüvvəmizlə çalışmalıyıq. Heyətimizdə yer alan gənclərin irəliləyişi üçün nəticə önəmlidir. Uzun marafonun qalan hissəsini də uğurla başa vurub istədiyimiz nəticəyə nail olarıq".

Üç ildən çoxdur "Sumqayıt"da çıxış edən Hüseynov 100-lər siyahısına düşdüyü üçün çox şad olduğunu deyib. Qeyd edək ki, karyerası ərzində "Turan" və "Qəbələ"nin şərəfini qorumuş futbolçu 14 dəfə də Azərbaycan millisinin formasını geyinib. "Sumqayıt"ın onun üçün bir ailə olduğunu deyən Vurğun azarkeşlərə də təşəkkür etməyi unutmayıb:

"Hamıya məlumdur ki, Tovuz futbol məktəbinin yetirməsiyəm. Karyeram ərzində "Turan" və "Qəbələ"də çıxış etmişəm. 2013-cü ildə isə "Sumqayıt"dan təklif aldım və qəbul etdim. Bu klubun heyətində həmin ilin avqustun 4-də "Xəzər Lənkəran"la oyunda debüt etmişəm. Həqiqətən bir klubda 100 oyun keçirmək böyük işdir və hər bir futbolçuya nəsib olmayan bir hadisədir. Çünki, bu günə qədər çıxış etdiyim heç bir klubda 100 oyuna çıxmamışdım. "Sumqayıt" artıq mənim ailəmdir. Bu şəhər daim böyük futbolçular yetişdirib. Bu klubun heyətində yer alan gənc futbolçuların yetişməsində az da olsa əməyim olduğuna görə çox sevinirəm. Bir kapitan olaraq, klubum üçün daha böyük işlər görməyə hazıram. Bu şəhərin komandası və azarkeşləri daha böyük uğurlara layiqdir. Allahın köməkliyi ilə "Sumqayıt" olaraq, daha böyük uğurlar qazanıb azarkeşlərimizi sevindirərik. Yekunda buradan bütün azarkeşlərimizə səslənərək bizi hər oyunda dolu tribunalarda dəstəklədikləri üçün təşəkkür edirəm".

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
ÇL: Digər 6 oyun - YENİLƏNİR
Son xəbərlər

25.07.2017

24.07.2017

23:07  "İnter" - "Lion" - 1:0 VİDEO

12:51  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

23.07.2017

12:17  "Zenit" - "Rubin" - 2:1 VİDEO

11:43  PSJ - "Tottenhem" - 2:4 VİDEO

22.07.2017

22:59  "Çelsi" - "Arsenal" 3:0 VİDEO

19:14  "Bavariya" - "Milan" 0:4 VİDEO

19:13  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

12:39  "Neftçi" - "Zirə" 1:0 VİDEO

10:29  ÇSKA - "Lokomotiv" - 1:3 VİDEO

21.07.2017

   
  O Q H M T-f X
1. Qarabağ 28 19 5 4 46:14 62  
2. Qəbələ 28 14 10 4 48:21 52  
3. İnter 28 11 10 7 39:33 43  
4. Zirə 28 10 9 9 29-26 39  
5. Kəpəz 28 9 9 10 24-27 36  
6. Sumqayıt 28 9 8 11 28:35 35  
7. Neftçi 28 9 2 17 24-45 29  
8. AZAL 28 1 7 20 13-50 10  
29.04Kəpəz 1-0İnter
29.04Sumqayıt 2-1İnter
29.04AZAL 0-3Zirə
29.04Neftçi 1-2Qarabağ
01.01 -
01.01 -
09.04 -
09.04 -