Ramin Musayev: "Qəbələ" rəsmiləri dedi ki, hakimin səhvi yoxdur”

01.03.2017 | 3492 dəfə oxunub

Premyer Liqanın 20-ci turunda dünən keçirilən "Kəpəz" - "Qəbələ" oyunu (1:1) müəyyən mübahisəli hakim qərarları ilə yadda qalıb. Qarşılaşmadan  sonra isə "Qəbələ" tərəfi oyunun baş hakimi Əliyar Ağayevə kəskin etirazını bildirib.

Bununla bağlı  açıqlama verən  Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hakim idarəçiliyinin normal olduğunu söyləyib.

O bildirib ki, matçdan sonra “Qəbələ” nümayəndələri ilə telefon danışığı olub: "Oyundan sonra "Qəbələ" klubunun nümayəndələri mənimlə danışdılar. Hakimin heç bir qərarından narazılıq etmədilər. Dedilər ki, oyun zamanı hakimin səhv etdiyini güman etdik, ancaq epizodların təkrarına baxandan sonra gördük ki, hakimin səhvi yoxdur”.

Musayev oyunun fasiləsində baş hakim Əliyar Ağayevə "Qəbələ" klubunun nümayəndələri tərəfindən təzyiq olunmasına da münasibət bildirib: "Əliyar Ağayevə heç nə etməyiblər. Ancaq 4-cü hakimlə "Qəbələ" azarkeşi arasında xoşagəlməz hadisə olub. Sözsüz ki, bununla bağlı tədbir görüləcək və lazım olan şəxslər cəzalanacaq". (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail