"Barselona"nın baş məşqçisi olmağa 5 namizəd - DƏYƏRLƏNDİRMƏ

02.03.2017 | 5458 dəfə oxunub

Ötən gün La Liqada "Sportinq"i 6:1 hesabıyla məğlub edən "Barselona"nın baş məşqçisi Luis Enrike mövsümün sonunda komandadan ayrılacağını bildirib. Stadium.Az xəbər verir ki, katalonların yeni çalışdırıcısı üçün 5 namizəd var.

Xorxe Sampaoli

Ən real namizəd isə "Seviliya"nın çalışdırıcısı Xorxe Sampaolidir. Əndəlüs klubunu 17 il sonra Çempionlar Liqasında 1/16 finala yüksəldən argentinalı məşqçi həmdə ona görə şanslıdır ki, onun Lionel Messi ilə çox yaxşı münasibətləri var.

Картинки по запросу Jorge Sampaoli

Ronald Kuman

İkinci real namizəd isə 1992-ci ildə finalda vurduğu qolla "Barselona"ya çempionlar Liqsını qazandıran Ronald Kumandır. Kuman 6 il oynadığı "Barselona"da həmyerlisi Yohan Kroyffun sistemini çox yaxşı bilir. Hazırda "Everton"u çalışdırıcısı olan hollandiyalı daha əvvəl La Liqada "Valensiya"da məşqçilik edib. 

Картинки по запросу Ronald Koeman

Laurent Blan

Mətbuatın yazdığına görə PSJ-nin eks çalışdırıcı Loran Blan da bu namizədlər arasındadır. 51 yaşlı fransalı mütəxəssisin namizədliyi isə o qədər də real görünmür. Çünki onun ciddi uğurları yoxdur və oynatdığı futbol "Barsa"nın sisteminə uyğun gəlmir.

Картинки по запросу Laurent Blanc


DAHA İKİ SÜRPRİZ

Daha iki namizəd isə sürpriz hesab edilə bilər. Bunlardan biri 2013-cü ildən bəri "Atletik"i çalışdıran Ernesto Valverdidir.

Картинки по запросу Ernesto Valverde

İkinci ad isə 5 il "Barselona"da Frank Raykardın köməkçisi olan, 2011-15-ci illərdə katalonların B komandasını çalışdıran, hazırda isə "Real Sosyedad"ı çalışdıran Eusebio Sakristandır.

Картинки по запросу Eusebio Sacristan



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail