“Bütün təpiklər mənə dəydi” - Orxan Məmmədov

02.03.2017 | 4002 dəfə oxunub

AFFA İntizam Komitəsinin “Kəpəz” - “Qəbələ” oyununda baş verənlərə görə qonaqlara verdikləri cəzaya əyalət təmsilçilərinin rəsmiləri etiraz edib və orada ciddi insident baş vermədiyini bildirib. Stadium.Az xəbər verir ki, açıqlamasında matçın 4-cü hakimi Orxan Məmmədov da hadisələrə aydınlıq gətirib. 

Referi “qırmızı-qaralar”ın rəsmilərinin hakimləri vurduqlarını, vurmağa cəhd etdiklərini bildirib: “Oyunda fasilə yarandır. Hamıdan qabaq soyunub-geyinmə otağına mən getdim. Düzdür, onlar mənə qarşı hər hansı təzyiq göstərmədilər. Lakin Əliyar Ağayev və yan xəttə hakimləri soyunub-geyinmə otağına qalxarkən klub rəsmiləri onlara hücum çəkməyə çalışdı. Tanımadığım, sonradan adını öyrəndiyim Səbuhi Qarayev söyə-söyə hakimlər briqadasına təpik atmağa başladı. Mən də həmkarlarımı qorumaq üçün onların önünə keçdim və təpiklər mənə dəydi.

Sonra polislər məsələyə müdaxilə etdi. Hakimləri arxa qapıdan çıxardılar. Bir də gördüm ki, Səməd Nəsibov söyə-söyə hakimləri vurmağa cəhd edir. Onun da qarşısını aldılar. Səbuhi Səfiyarlı və Zaur Əzizov, bir də komandanın həkimi söyüş söyüb, təhqir edirdilər. Heç bilmədim də hansı epizoda etiraz edirlər. Çıxıb indi deyirlər ki, hakimləri vurmamışıq. Niyə demədim ki, digərləri vurdular? Çünki o, elə hərəkət etməmişdi. Səbuhi vurmuşdu ki, protokola onun adını yazmışdıq”. (qafqazinfo)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail