"Böyük dəbilqə": İll qızılımızı qazandıq, Rüstəm Orucov bürünclə kifayətləndi - YENİLƏNİB

11.03.2017 | 4259 dəfə oxunub

Bakıda keçirilən ümummilli lider Heydər Əliyev adına cüdo üzrə “Böyük Dəbilqə" beynəlxalq turniri davam edir.

Stadium.Az xəbər verir ki, yarışın ikinci günü kişilər arasında 73 kq, 81 kq çəki dərəcələrində, qadınlarda isə 63 kq, 70 kq çəki dərəcələrində mübarizə aparan cüdoçular arasında qaliblər müəyyənləşəcək.

***

73 kq

Qızıl medal ümidlərimizdən olan Rüstəm Orucov isə  bu şansı əldən verib.  Belə ki, Rüstəm 1/4 finalda Riki Nakayaya məğlub olub. O, bürünc medal uğrunda döyüşdə ilk görüşündə ukraynalı Dmitro Kanivetsə qalib gəlib. 

Bu çəki dərəcəsində bürünc medal uğrunda mübarizə aparan digər həmyerlimiz Hidayət Heydərov Telman Vəliyevə qalib gəlib.

73 kq çəki dərəcəsində qızıl medal ümidimiz Rüstəm Orucov bürünc medal döyüşündə gürcüstanlı Laşa Şavdatuaşviliylə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Rüstəm qızıl xal hesabına rəqinə qalib gələrək bürünc medal qazanıb.

Digər bürünc döyüşündə isə həmyermiz macarıstanlı Miklos Unqvariylə üz üzə gəlib. Hidayət bu görüşdə məğlub olub.

Bu çəki dərəcəsində final döyüşü isə yaponiyalı Riki Nakaya və monqolustanlı Odbayar Canbaatar arasında olub. Monqol idmançı qalib gələrək qızıl medal qazanıb.

***

81 Kq

Artıq bir idmançımız finaldadır. Belə ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Rüfət İsmayılov bu uğura nail olub. O, yarımfinalda güclü yaponiyalı idmançı Koharaya ipponla qalib gələrək finala yüksəlib.

Rüfət finalda iran idmançısı Said Mollaeiylə qızıl uğrunda güləşəcək.

81 kq çəki dərəcəsində ilk bürünc medalı bolqarıstanlı İvaylo İvanova qalib gələn monqolustanlı Uqanbaatar Otgonbaatar qazanıb.  

İkinci bürünc isə yaponiyalı Lenya Koharayla macarıstanlı Atilla Unqvari arasında olub. Bu qarşılaşmada yaponiyalı cüdoçu qalib gəlib.

FİNAL

Finalda isə həmyerlimiz Rüfət İsmayılov İran idmançısı Said Mollaeiylə üz-üzə gəlib. Rüfət qalib gələrərk bu yarışda ölkəmizə ilk qızıl medal qazandırıb.


QADINLAR

63 kq 

Qadınların yarışında 63 kq çəki dərəcəsidə bürünc medal döyüşünə çıxan Nərgiz Hacıyeva türkiyəli rəqibi Busra Katıpoğliya ipponla uduzaraq meal qazana bilməyib.

Bu çəki dərəcəsində digər bürünc uğrunda iki həmyerlimiz, Xanım Hüseynovayla Nuriyyə Axundova mübarizə aparıb. Xanım bu döyüşdə qalib gəlib.

Bu çəki dərəcəsində dinal döyüşü isə ingiltərəli Şlesinger Alisiya ilə slovakiyalı Leski Andreya arasında olub. İngiltərəli idmançı qalib gələrək qızıl medal qazanıb.

***

70 kq

70 kq çəki dərəcəsində xanımların yarışında həmyerlimiz Validə Mirzəzadə Bosniya və Herseqovinalı Aleksandra Samardziçlə üz-üzə gəlib. Validə məğlub olub.

Digər bürüncü isə kazaxıstanlı Zereyə qalib gələn xorvatiyalı Barbara Matic qazanıb.

FİNAL

Finalda isə kolumbiyalı Yuri Alvearla Beynəlxalq Cüdo Federasiyasının imançıxı Elvsimar Rodrigez üz-üzə gəlib. Kolumbiyaı cüdoçu 23 saniyəyə rəqibinə ipponla qalib gəlib.


Turnirdə 31 ölkədən 183 idmançı (110 kişi, 73 qadın) qalib adı uğrunda mübarizə aparır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail