IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri master-klass keçəcəklər - FOTOLAR

11.03.2017 | 4076 dəfə oxunub

V İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri 13-15 mart tarixlərində “Domestic Grassroots” proqramı çərçivəsində gənc idmançılar və idmana həvəsli olan gənclərə master-klasslar keçəcəklər.

Stadium.Az xəbər verir ki, bu barədə "Baku 2017"nin Əməliyyat Komitəsindən bildiriblər.

Üç gün davam edəcək master-klasslarda "Bakı 2017"nin rəsmi "facebook" səhifəsindəki müsabiqələrdə qalib olan şəxslər, idman növü üzrə məşğul olan gənc idmançılar və pərəstişkarlar iştirak edəcəklər.

Cüdo üzrə master-klass martın 13-də "Neftçi" klubunun təlim bazasında Olimpiya mükafatçıları Rüstəm Orucov və Elmar Qasımov tərəfindən təşkil olunacaq. Bir gün sonra Olimpiya Güləş Mərkəzində baş tutacaq güləş üzrə master-klassda isə Olimpiya mükafatçısı Hacı Əliyev iştirak edəcək.

Martın 15-də "Bayıl Arena"da reallaşacaq futbol üzrə master-klass isə Azərbaycan milli komandasının üzvü Ruslan Abışov tərəfindən keçiriləcək.

Master-klassların məqsədi idmançı səfirlər tərəfindən yeniyetmə və gənc idmançıları həvəsləndirərək onlara idman karyeralarında dəstək verməkdir.






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail