Rüstəm Orucov: "Yaponiyalıdan zəif idim" - MÜSAHİBƏ

12.03.2017 | 3818 dəfə oxunub

Bakıda keçirilən Böyük Dəbilqə turnirində qızıl ümidimiz olan Rüstəm Orucov ümidləri doğrultmadı. Stadium.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində dünya reytinqində birinci olan  Rüstəm ancaq bürünc medal qazana bilib. Ötən gün mükafatlandırma mərasimindən sonra Orucov fikirlərini əməkdaşımızla bölüşüb:

- Finala çıxa bilməməyinə nə mane oldu?

- Özünüzdə gördüz ki, əlimdən gələni etdim. Ancaq yaponiyalıdan zəif idim, ona görə də məğlub oldum. Bizdə elə idmançılar var ki, yapona qalib gəlir. Məndə daha çox məşq edib, artırmalıyam. Başqa variant yoxdu.

- Millidə baş məşqçi dəyişikliyindən sonra vəziyyət necədir?

- Hər şey qaydasında gedir. Demək olar ki, eyni proqramla hazırlaşırıq.

- Rio Olimpiadasındakı Rüstəmlə indiki Rüstəm arasında nə kimi dəyişiklik var?

- İndi daha da güclənmişəm.

- Amma Rioadakı kimi güləşmirsən…

- Ötən il də 3-cü olmuşam, indi də. Məncə pis nəticə deyil.

- Riodan sonra səndən daha böyük nəticələr gözlənilir. Həm də öz çəkində dünya reytinqində neçə müddətdir birincisən…

- Bu idmandı, qələbə də olur, məğlubiyyət də. Sadəcə səhvlərdən yaxşı nəticə çıxartmaq lazımdır. Elə bir idmançı yoxdur ki, məğlub olmasın. Qələbə qazandığımız kimi, məğlub olanda da bunu qəbul etmək lazımdır.

- Qarşıda hansı planlar var?

- İndi Qazaxıstana təlim-məşq toplanışına gedəcəyik. Həm də avropa çempionatı var. Əsas diqqət isə İslam Oyunlarıdır. Bu yarışa maksimum formada olmalıyıq. Mən bu yarışda da əlimdən gələni edəcəm ki, medal qazanım.

- Millidə baş məşqçi olacaq yerli mütəxəssis var, yoxsa əcnəbi gəlsə yaxşı olar?

- Millimizin hazırkı məşqçisi Fərhad Məmmədov burda qalmağa layiqdir. Neçə illərdir millidə baş məşqçi köməkçisi işləyib, bütün proqramları bilir. O qalsa daha yaxşı olar. Həm də bütün uşaqlar onu çox istəyir.

- Hansı idmançımız sənin ümidini doğrultmadı?

- Nicat Şıxəliyevdən medal gözləyirdim, amma alınmadı. Rüfət çempion oldu, 90 və 100 kq çəki dərəcəsindən də qızıl gözləyirəm.

- Gənclərdən kimi şanslı sayırsan cüdo üçün?

- Hidayət yaxşı uşaqdır. Öz üzərində çalışsa yaxşı nəticələr qazana biləcək. Hidayət artıq güclü idmançıdır. Sadəcə məşq edib daha da artırmalıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail