"Neftçi" zirvədə, "İnter" xal itirdi - YENİLƏNİB

26.11.2011 | 9825 dəfə oxunub

Bu gün Unibank Premyer Liqasının XIV tura ykun vurulub. Stadium.az xəbər verir ki, ilk oyun günündə azarkeşlər üç oyuna şahidlik ediblər.

Qərb derbisində "Kəpəz" "Turan"ı qəbul edib. Gəncə klubu hesabda uzun müddət öndə olsa da, son dəqiqədə qapısında qol görüb və qələbəni əldən verib.

Günün ən çox maraq doğuran oyunu isə heç şübhəsiz ki, "Simurq" - "Xəzər Lənkəran" matçı olub. Cənublular iki ardıcıl qol vurmaqla hesabda üstünlüyü ələ keçirib. Lakin Sergey Yuranın komandası ikici hissədə əzmkarlıq nümayiş etdirib və məğlubiyyətdən yaxa qurtarıb.

Günün son matçında "Sumqayıt Şəhər" və "Rəvan" üz-üzə gəlib. Qonaqlar ilk hissədə vurduqları qolla qələbəni təmin ediblər.

"Bakı" ev oyununda "Qəbələ"yə qalib gəlib. İlk hissədə iki qol vuran Starkovun komandası qapısında bir qol görsə də, qələbə hesabını qoruyub.

Mərkəzi matç Ağdamda olub. "Qarabağ" azarkeşləri qarşısında "Neftçi"ni qəbul edib. İlk hissədə qonaqlar hesabı açıb. "Qarabağ" təşəbbüsü ələ alıb ikinci hissədə bərabərlik qolunu vursa da, "Neftçi" son dəqiqələrdə daha bir qolla qələbəni təmin edib. 

Turun və günün son matçında isə "İnter"lə AZAL-la üz-üzə gəlib. Qonaqlar ilk hissədə hesab açsalar da, "İnter" fasilədən sonra bərabərliyi bərpa edib. Qarşılaşmada başqa qol olmayıb və tərəflər hərəyə 1 xalla kifayətlənib.

Premyer Liqa
14-cü tur

26 noyabr (şənbə)

13:30 "Bakı" - "Qəbələ" - 2:1
Qollar: 
Deividas Çesnauskis, 17 (1:0). Uinston Parks, 28 (2:0) - Serge Djehioua, 88-pen (2:1).
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, İnqilab Məmmədov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.

14:00. "Qarabağ" - "Neftçi" - 1:2
Qollar: Əfran İsmayılov, 64 (1:1) - Ruslan Abışov, 9 (0:1). Flavinyo, 88 (1:2).
Hakimlər: Anar Salmanov, Elman Musayev, Rahil Ramazanov, Rəhim Həsənov
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.

18:00. "İnter" - AZAL - 1:1
Qollar: 
Samir Zərgərov, 57 (1:1) - Tales Şütz, 9 (0:1).
Hakimlər: Rövşən Əhmədov, Elşən Acalov, Mübariz Haşımov, Rauf Cabbarov
"Şəfa" stadionu.

25 noyabr (cümə)

14:00. "Kəpəz" - "Turan" - 1:1
Qollar: Junivan Suares, 26 (1:0) - Seymur Tağıyev, 90 (1:1)
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, İlham Əliyev, Ramil Əhmədov
Gəncə şəhər stadionu.

14:00. "Sumqayıt Şəhər" - "Rəvan" - 0:1
Qol: Şeriff Suma, 18 (0:1)
Hakimlər: Vüsal Əliyev, Aleksandr Musatkin, İsgəndər Əliyev, Anar Göyçayski
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

16:00. "Simurq" - "Xəzər Lənkəran" - 2:2
Qollar: 
Robertas Poşkus, 66 (1:2). 
Rasim Ramaldanov, 82 (2:2) Katalin Doman, 22 (0:1). Antonio Semedo, 42 (0:2)
Qırmızı vərəqə: Katalin Doman, 80 (2-ci sarı- XL)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Zeynal Zeynalov, Teymur Fərhadov
Zaqatala şəhər stadionu.

Turnir cədvəli:

 KomandaOQHMQollarXallar
1Neftçi1491423-1128
2Xəzər Lənkəran1484220-1528
3İnter1475212-826
4Bakı1474322-1225
5Qarabağ1463517-1421
6Rəvan1446417-1718

7Qəbələ1453614-1818
8AZAL1445518-1717
9Simurq1444613-1516
10Kəpəz1434717-2313
11Turan143299-2111
12Sumqayıt Şəhər142397-189

Bombardirlər:

1. BahodirrnNasimov - "Neftçi" - 6 qol
2. SergeyrnArtyux - "Turan" - 5 qol (2)
3. UinstonrnParks - "Bakı" - 5 qol
4. RobertasrnPoşkus - "Simurq" - 5 qol
5. Tales Şütz - 5 qol  

rnrn

Qeyd: mötərizədə penaltidən vurulan qolların sayı göstərilib



  #1   Adınız: Eldar;   E-mail: [email protected]

27.11.2011 02:13

Hörmətli Qarabağ rəhbərliyi.
Biz bir qrup Qarabağ azarkeşi olaraq bu qərara gəlmişik ki, sizə bu açıq məktubu yazaq. Artıq bıçaq sümüyə dirənib,biz bilmək istəyirik ki bu biabırçılığa nə vaxt son qoyulacaq. Özünə hörmət edən Nazim Süleymanov, Elxan Abdullayev,Toni adams, mehman Allahverdiyev kimi cürətli və istedalı məşqçilər bu cür biabırçılıqlardan sonra istefa verdilər. Bəs Qurbanov nəvaxt bu biabırçıləğa son qoyub istefa verəcək. Bəsdir daha bizim səbr kasamız daşıb. Əgər tezliklə tədbir görməsəniz biz Quzanlıdan gəlib Qarabağın bazası qarşısında etiraz aksiyası keçirəcəyik. Bu biabırçılığa son qoyulmasa bizdə belə fikir formalaşacaq ki,siz də bu biabırçılığa şəriksiniz və buna şərait yaradırsınız.Bizə cavab verilməsə tezliklə böyük etiraz aksiyasının şahidi olacaqsınız. Sizə böyük hörmətlə Qarabağlı azarkeşlər qrupu.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail