Statistika "Xəzər Lənkəran"a Zaqatalada nə vəd edir?

25.11.2011 | 5178 dəfə oxunub

Premyer Liqanın 14-cü turunda çempionatın lideri "Xəzər Lənkəran" Zaqatalada "Simurq"un qonağı olacaq. Stadium.az xəbər verir ki, bu qarşılaşma "Xəzər Lənkəran"ın cari mövsümdə 7-ci səfəri olacaq.

Həmçinin bu oyun komandanın cari çempionatda Bakıdan kənarda oynayacağı ilk matçdır. Geridə qalan altı səfər görüşün ikisində qalib gələn Mirça Rednikin yetirmələri, daha iki dəfə heç-heçə edib və bir o qədər də məğlub olub.

"Xəzər Lənkəran" bu mövsüm rəqib meydanında 7 dəfə fərqlənib və 9 dəfə qapısında top görüb. Öz növbəsində "Simurq" üçün Lənkəran klubuna qarşı keçiriləcək oyun mövsümün yeddinci ev oyunu olacaq.

Bu tura kimi "Simurq" Zaqatalada iki oyunda qalib gəlib, bir dəfə heç-heçə edib, üç görüşdən isə xalsız ayrılıb. Komandanın ev oyunlarında qol statistikası "Xəzər Lənkəran"ın səfərdə qol statistikasını əks etdirir – 7 vurulan və 9 buraxılmış qol.

"Xəzər Lənkəran" son altı çempionat oyununda iki dəfə məğlubiyyətə uğrayıb, iki dəfə heç-heçə edib və iki dəfə qalib gəlib. "Simurq" isə son altı turda üç dəfə məğlub olub, iki dəfə qalib gəlib və bir dəfə heç-heçə oynayıb.

Qarşıdakı oyun "Xəzər Lənkəran"ın "Simurq"a qarşı altıncı səfər oyunudur. Əvvəlki beş oyunun üçündə lənkəranlılar qələbə qazanıb, iki dəfə isə bu səfərdən bir xalla qayıdıb. Bu oyunlarda komanda ümumilikdə səkkiz qol vurub, dörd qol buraxıb.

Bu şəhərdə "Xəzər Lənkəran"ın son oyunu ötən çempionatın ikinci turunda baş tutub və lənkəranlılar 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.Həmin oyunda qolları Dieqo Ruiz və Elnur Allahverdiyev vurmuşdular. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail