FİFA açıqladı: DÇ-da 48 milli komanda və yeni qaydalar olacaq

31.03.2017 | 7034 dəfə oxunub

Yanvarda qəbul edilən qərar əsasən 2026-cı il Dünya Çempionatında 48 milli komanda yer alacaq. Stadium.Az xəbər verir ki, FİFA artıq hər qitədən DŞ-ya neçə millinin gedəcəyini də dəqiqləşdirib. Siyahını təqdim edirik:

Avropa (UEFA): 13-dən 16-ya yüksəldilib

Afrika (CAF): 5-dən 9-a

Asiya (AFC): 4-dən 8-ə

Şimali və Mərkəzi Amerika, eləcə də Kariblər (CONCACAF): 3-dən 6-ya

Cənubi Amerika (CONMEBOL): 4-dən 6-ya

Okenaiyalar: 0-dan 1-ə

Maraqlıdır ki, DÇ-ya ev sahibliyi edəcək ölkə bu turnirə birbaşa vəsiqə qazanmayacaq. Təmsil olunduğu ali futbol qrumunda turnirə düşmək üçün mübarizə aparacaq. Əgər turnirə iki ölkə ev sahibliyi edərsə FİFA bu barədə xüsusi qərar verəcək.

Bununla da 46 milli komanda DÇ-ya birbaşa vəsiqə qazanacaq. Yerdə qalan iki vəsiqə sahibi isə play-off oyunlarından sonra bəlli olacaq. Play-off oyunları isə 6 milli komanda arasında DÇ-dan öncəki il ənənəvi olaraq noyabr ayında keçiriləcək.

Burda da xüsusi qayda tətbiq ediləcək. Belə ki, 6 milli arasında FİFA reytinqində daha yuxarıda olan iki seçmə komanda ilk oyuna çıxmayacaq. Yerdə qalan digər 4 komanda bir birləri arasında oyanayacaq və qələbə qazanan tərəf onları gözləyən həmin iki milli ilə üz-üzə gələcək

UEFA prezidenti Ceferin isə may ayında qəbul ediləcək bu qərara bir şərtlə razı olub ki, Avropadan gedəcək 16 milli komanda DÇ-da 16 qrupda yer alsın. Yəni Avropa milliləri ilk qrupda bir birlərinə rəqib olmasın.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail