Ağdamlılardan ardıcıl 11-ci qələbə

02.04.2017 | 2909 dəfə oxunub

Ağdamın “Qarabağ” klubu Azərbaycan kubokunda ardıcıl 11-ci qələbəsini qazanıb. Yarımfinalın ilk oyununda “Neftçi”ni səfərdə 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri bundan əvvəlki son 10 qarşılaşmanı da qalib kimi tərk edib.

Cari mövsüm 1/8 finalda “Səbail”i 5:0, 1/4 finalda isə  iki dəfə “Sumqayıt”ı məğlub edən (6:0, 5:2) ağdamlıların qələbə seriyası 2014/15 mövsümündə başlayıb. Finalda “Neftçi”ni 3:1 hesabı ilə üstələyən “Qarabağ” 2015/16 mövsümünün bütün matçlarında qalib gəlib. Ağdamlılar 1/8 finalda “Şəmkir”i 2:0, 1/4 finalda “Sumqayıt”ı 2:0 və 4:1, 1/2 finalda “İnter”i 4:0 və 1:0, həlledici matçda isə “Neftçi”ni 1:0 hesabı ilə yenmişdi.

Qeyd edək ki, “Qarabağ”ın qalib gələ bilmədiyi son kubok oyunu 2014/15 mövsümünün yarımfinalına təsadüf edib. Həmin vaxt əyalət klubu “Simurq”la səfərdəki cavab oyununda qolsuz heç-heçə edib. (pfl)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail