Cüdoçularımız Tiflisdə medalsız qaldı

02.04.2017 | 3027 dəfə oxunub

Bu gün cüdo üzrə Tiflis Qran-Prisi başa çatıb. Stadium.Az xəbər verir ki, yarışın son günündə 5 azərbaycan idmançısı tatami üzərinə çıxıb.

Kişilər

90 kq

Əbdülhəqq Rəsullu yarışa 1/16 final mərhələsindən start verib. Cüdoçumuzun ilk rəqibi Peter Jilka olub. Əbdülhəqq bu sınağı keçə bilməyərək, turnirlə vidalaşıb.

Bu çəkidə yarışan digər təmsilçimiz Firudin Dadaşov isə turnirə 1/8 finaldan başlayıb. O, da rusiyalı Mixail İqolnikovla ilk görüşündən məğlub ayrılıb.

100 kq

Zelim Kotsoyev Qran-Priyə 1/8 finaldan gürcü idmançı Laşa Taveluri ilə başlayıb. İlk rəqibini geridə qoyan idmançımız 1/4 finalda Martin Paçeklə qarşılaşıb. İsveçliyə uduzan Zelim çıxışını təsəlliverici görüşlərdə davam etdirəcək. Onun "bürünc" yolundakı ilk rəqibi braziliyalı Lusiano Korrea olub. Qalib gələn təmsilçimiz medal almaq üçün yenə braziliyalı ilə mübarizə aparmalı olub. Həmyerlisindən fərqli olaraq Rafael Buzakarini idmançımıza şans verməyib.

Cəlil Şükürov 1/16 finalda Matey Hajasa qalib gəlsə də, növbəti mərhələdə rus Kazbek Zankişiyevlə bacarmayıb və turnirlə vidalaşıb.

Qadınlar

78 kq

Qadınların yarışındakı son təmsilçimiz Günel Həsənli tunirə 1/16 finaldan start verib. O elə ilk görüşündəcə rusiyalı Aleksandra Babinçevaya məğlub olub və yarışı başa vurub.

Beləliklə, Tiflis Qran-Prisi cüdoçularımız üçün medalsız başa çatıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail