Dmitri Nağıyev: "AFFA-dan məni izlədiklərini deyirlər"

05.04.2017 | 3444 dəfə oxunub

“Azərbaycanın əsas yığmasında oynasaydım, bu, üstünlük sayılardı. Amma hələ ki, Ukrayna millisində çıxış etmək şansım da var”.

Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycanın U-21 yığmasının və “Dnepr” klubunun futbolçusu Dmitri Nağıyev deyib.

Ukrayna mətbuatına açıqlama verən gənc müdafiəçi maraqlı fikirlər səsləndirib. Yığma karyerasına toxunan Nağıyev Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin diqqətində olduğunu deyib:

“Bu cür hallara çox rast gəlmişik. Futbolçu bir ölkənin gənclər yığmasında çıxış etdikdən sonra digər ölkənin əsas millisində oynayır. Rusiyada o qədər elə uşaq var ki, onları Azərbaycan yığmasına çağırmaq istəyərdilər. AFFA-dan məni izlədiklərini deyirlər. Robert Prosineçki yaxın keçmişin dahi futbolçusu olub və yaxşı məşqçidi. O, futbolu əla başa düşür və yığmaya kimi çağırmaq lazım olduğunu yaxşı bilir. Düşünürəm ki, yenə qol vursam və məhsuldar ötürmələr versəm, Azərbaycan millisinə dəvət alacağam”. 

Nağıyev söhbət əsnasında Ukraynanın əsas yığmasına cəlb olunmaq istəyini də gizlətməyib: “Mən Ukraynada anadan olmuşam və bu ölkəni çox sevirəm. Düzdü, burada məni hər şey qane etməyə bilər. Amma ölkə və doğma şəhərimi çox sevirəm, burda dostlarım var. Milli komandada oynamaq hər futbolçunun arzusudu. Amma mən klub karyerama da diqqət yönəltməyə çalışıram. Bu, mənim üçün prioritet məsələdi. Ümid edirəm ki, futbolçu səviyyəm Azərbaycan və Ukraynanın əsas yığmasında oynamağa uyğun gələcək. Məhz həmin məqamda yekun qərarımı qəbul edəcəm”.

2012-ci ildən “Dnepr”də çıxış edən Dmitri Nağıyev 2015-ci ildən Azərbaycanın U-21 yığmasına dəvət alır.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail