"İnter"in futbolçusu Makedoniya klubu ilə çüqavilə bağladı

26.11.2011 | 5643 dəfə oxunub

Ötən mövsüm "İnter"ə böyük ümidlərlə transfer edilən Filip Despotovski düşərgədə özünü yaxşı tərəfdən göstərə bilmədi.  Stadium.az xəbər verir ki, Kaxaber Tsxadadzenin istəyilə "bankirlər"ə cəlb olunan makedon futbolçu ilk vaxtlar yaxşı oynasa da, sonradan lazım olan oyunu nümayiş etdirməyi bacarmadı.

Ölkə çempionatının "Simurq"la səfər oyununda zədələnən Despotovski uzun müddətə sıradan çıxdı. Bərpa prosesini keçdikdən sonra isə Tsxadadze ondan gözlənilən oyunu ala bilmədi. Bu səbəbdən də Filip mövsüm sonunda komandadan ayrıldı. 

Bir ara Rusiyanın "Tom" klubuna keçidi gündəmdə olan futbolçu karyerasını öz ölkəsində davam etdirəcək. Premyerliqa.az xəbər verir ki, Makedoniya millisinin də üzvü olan Despotovski ölkəsinin tanınmış klublarından olan "Rabotniçki" ilə müqavilə imzalayıb. 

Xatırladaq ki, 28 yaşlı futbolçu əvvəllər "OFK Beoqrad", "Bejaniya", "Maçva Sabaç" (hamısı Serbiya), "Vardar"(Makedoniya), "Vorskla" (Ukrayna), "Etnikos" (Yunanıstan) klublarının formasını geyinib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail