Armenteros "Qarabağ"lı günlərindən danışdı

10.04.2017 | 3470 dəfə oxunub

"Mən ötən il "Qarabağ"da oynadım. Yadımdadır ki, "Göteborq" Avropa Liqasında onlara qarşı oynamışdı. Mən onlar kimi üstün komanda görmədim. Xatırlayıram ki, isveçlilər məndən soruşdu ki, “Qarabağ” klubu necə komandadır və onlar hansı futbolu oynayırlar? Mənim cavabım belə idi: onların yaxşı legionerləri var, braziliyalı və ispan futbolçular çox güclüdü. Xatırlayıram ki, dediklərimi onların oyununda gördüm. "Göteborq" heç nə edə bilmədi".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq hücumçusu Samuel Armenteros İsveçin “Fotbollskanalen” nəşrinə müsahibəsin deyib.

"Azərbaycanda nə əldə etdiniz" sualına isə Armenteros belə cavab verib: "Mən orada demək olar ki, hər matçda meydana çıxırdım. Ümumilikdə 23 oyun keçirdim, 7 qol vurdum. Çox da pis nəticə deyildi. Azərbaycan çempionatında gərginlik az olduğundan "Qarabağ" rahat çempion oldu. Təsəvvür edin ki, aşağı pillə ilə aramızda 22 xal fərqi var idi".

27 yaşlı Armenteros ötən mövsüm şərəfini qoruduğu, heyətində "qızıl dubl" etdiyi "Qarabağ"ı keçən yay Hollandiyanın yüksək liqa təmsilçisi "Herakles" klubuna dəyişib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail