Vitali Kliçkodan İlham Əliyevə hədiyyə - FOTO

13.04.2017 | 3287 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 13-də Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçkonu qəbul edib.

Stadium.Az “Azərtac”a istinadən xəbər verir ki, Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçko ilə bu yaxınlarda Münxendəki görüşünü xatırlayan dövlətimizin başçısı onun Azərbaycana səfərinin maraqlı keçəcəyinə, ölkələrimiz, o cümlədən Bakı ilə Kiyev arasında əlaqələrin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Əməkdaşlıq və qarşılıqlı təcrübə üçün yaxşı perspektivlərin olduğunu vurğulayan dövlətimizin başçısı İlham Əliyev Vitali Kliçkonun bu səfərinin həmkarları ilə görüşmək, paytaxtımızda gedən inkişaf prosesləri və Bakıda inşa olunan idman obyektləri ilə yaxından tanış olmaq üçün imkan yaratdığını deyib.

Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirən Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçko Bakıda uzun müddət olmadığını və paytaxtımızın gözəlliyinin onda dərin təəssürat yaratdığını vurğulayıb. O, bu səfəri ilə bağlı ölkələrimiz, eləcə də Bakı ilə Kiyev arasında əməkdaşlığın genişləndirilməsi baxımından böyük hazırlıq işlərinin görüldüyünü deyib.

Sonra Vitali Kliçko dünya şöhrətli boksçu Məhəmməd Əliyə həsr olunmuş, üzərində Məhəmməd Əlinin şəxsi avtoqrafı olan məhdud nəşrli kitab-albomun bir nüsxəsini hədiyyə olaraq Prezident İlham Əliyevə təqdim edib. Qeyd edək ki, dövlətimizin başçısına təqdim olunan bu kitab-albom məhdud nəşrin 16-cı nüsxəsidir.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail