Fransa polisindən türkiyəli azarkeşlərə zorakılıq

14.04.2017 | 4147 dəfə oxunub

UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən “Lion” – “Beşiktaş” (2:1) matçında yaşanan qalmaqalın təfərrüatları açıqlanıb.

Stadium.Az xəbər verir ki, qarşılaşmanın planlaşdırılan vaxtdan 45 dəqiqə gec başlaması Fransa təmsilçisinə baha başa gələ bilər.

Oyunöncəsi yerli azarkeşlərin olduğu tribunalarda qarışıqlıq yaranıb. Yuxarı tribunalarda məşəllərin yandırılması və partlayıcı maddələrin atılmasından qorxan aşağı tribunalardakı azarkeşlər dərhal meydançaya doğru qaçıblar. Təxminən 2000-ə yaxın fanatın meydana girməsi aranın qarışmasına səbəb olub.

Bu hadisədən əvvəl isə Fransa polisi qonaq azarkeşlərə qarşı hərəkətləri ilə diqqət mərkəzinə düşüb. Belə ki, stadiona doğru mahnılar oxuyaraq gedən “Beşiktaş” fanatlarına polislər hücum çəkib, gözyaşardıcı qazlardan istifadə ediblər. Bu müdaxilə bir azarkeşin başından yaralanmasına səbəb olub. Həmçinin bir neçə türk fanata qarşı sərt davranan asayiş keşikçiləri onları bölməyə aparıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail