Prosineçki qumarda 10 min uduzub

29.04.2017 | 4031 dəfə oxunub

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki maraqlı addımla diqqət mərkəzinə düşüb.  Stadium.az xəbər verir ki, xorvatiyalı çalışdırıcı Serbiyada futbol oyunlarına pul qoyuluşu edib.

Belə ki, o, “Mozzartbet”ə dünənki 5 görüşlə bağlı proqnozlarını yazıb. Prosineçki Danimarka kubokunun “Vendsissel” – “Kopenhagen” (0:2) matçında qonaqların qələbə qazanacağını, Belçika çempionatının “Anderlext” – “Şarlerua” (0:1) görüşündə “üst” variantının gələcəyini, yəni minimum 3 qol vurulacağını ehtimal edib.

48 yaşlı mütəxəssis İspaniya La Liqasında “Sevilya” – “Selta” (2:1) oyununda ev sahiblərinin qələbə qazanmaq şansının üstün olduğunu qeyd edib. “Atletik” – “Betis” (2:1) matçında “üst” variantının gələcəyini düşünən Prosineçki İngiltərə çempionatında “Mançester Siti” – “Mançester Yunayted” (0:0) qarşılaşmasında hər iki tərəfin qol vuracağını proqnozlaşdırıb.

Bu kupona 10 min Serbiya dinarı (150 manat) məbləğində pul yatıran Prosineçki qalib gələcəyi halda, əmanətini 8,10 dəfə artıracaqdı və qazandığı məbləği Zablaçe şəhərindəki məktəbə humanitar yardım kimi bağışlayacaqdı. Lakin onun təxmin etdiyi 5 görüşdən 3-ü düz gəlib. Yığmamızın baş məşqçisi “Anderlext” – “Şarlerua” matçı və Mançester derbisi ilə bağlı düzgün təxmin irəli sürməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail