“Real”ı hələ finalda hesab etmək olmaz”.

03.05.2017 | 3004 dəfə oxunub

“Oyunumuzdan razıyıq, ancar “Real”ı hələ finalda hesab etmək olmaz”.


Stadium.az xəbər verir ki, bu sözlər “Real”ın baş məşqçisi Zinəddin Zidana məxsusdur. “Kral klubu” Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Atletiko”nu 3:0 hesabı ilə məğlub edib. Matçdan sonra açıqlamada verən fransalı mütəxəssis fikirlərin belə izah edib:


“Qol vurduq, əsas məsələ odur ki, qol buraxmadıq. Buna baxmayaraq, qarşıda bir oyunumuz var. Daha diqqətli olmalıyıq. Ən möhtəşəm məqam Ronaldo ilə bağlıdır. O, həmişə lazım olan vaxt lazım olan yerdə olmağı bacarır.  Məncə, Ronaldo vəzifəsinin öhdəsindən gəldi və bənzərsizdi. Bizim üçün çox önəmli oyunçudu, əgər növbəti oyunlarda özünü yorğun hiss etsə, istirahət verə bilərəm”.


Zidan rəqibin baş məşqçisi Dieqo Simeonenin “Qarşıda daha bir oyun var və mərhələ keçmək üçün şansımız var” – sözlərini belə şərh edib: “Simeone haqlıdır. Bu matçda rəqibin oyununu oxuduq, onları süpürdük və davamını da gətirməliyik”.


Fransız çalışdırıcı oyunun ikinc yarısının startında zədə alan Karvaxalın əvəzinə Naçonu meydana buraxıb. O, öz mövqeyində oynamayan Naçonun ünvanına təriflər yağdırıb:


“Naço hər yerdə oynaya bilər. Müdafiəçi də olar, hücumçu da. Motivasiyası çox yüksəkdi. Ona əsas oyunçularımız qədər inanıram”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail