İslam Oyunlarının rəsmi açılışı oldu

13.05.2017 | 6359 dəfə oxunub

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Stadium.Az xəbər verir ki, Bakı Olimpiya Stadionunda 2 saat davam edən mərasimdə Azərbaycan və islam mədəniyyəti tərənnüm edilib, idmançıların paradı və atəşfəşanlıq olub.
 
Açılış mərasiminin keçirildiyi Bakı Olimpiya stadiona Azərbaycan bayrağı gətirilib. Azərbaycan bayrağı 8 nəfər tərəfindən gətirilib və Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının üç hərbçisi tərəfindən qaldırılıb, dövlət himni səsləndirilib.
 
Stadionun damından Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayıb. Ekranlarda göstərilən videoçarxda başlanğıc mərasimində Xəzərdən başlayan səyahət və Azərbaycanın böyük təbii gözəlliyə malik müxtəlif yerlərindən suyu toplayan uşaqlar göstərilib. Əllərində mis qablar tutan uşaqlar stadiona daxil olub və Azərbaycan sularını səhnədəki böyük mis siniyə töküblər. Uşaqların arxasında pirotexnika şəlaləsi işə düşüb.
 
Daha sonra isə komandaların paradı başlayıb. Hər komanda stadiona öz bayrağı altında daxil olub.
 
Onlar plakat saxlayan kişinin və mis qabda su daşıyan qadının arxasınca gediblər. Azərbaycan komandası stadiona daxil olan kimi Natiq Şirinov və digər 19 nağaraçı ifa etməyə başlayıb. “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının bayraqları yan-yana dalğalanmağa başlayıb. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Azərbaycanın 10 çempionu tərəfindən stadiona gətirilib. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı hərbçilər tərəfindən qaldırılıb. Bütün idmançılar və hakimlər adından and içilib.
 
***
 
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Birinci vitse-prezident və “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Osaymin çıxış ediblər.
 
Sonra Azərbaycan prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib, Bakı Olimpiya stadionunun damında atəşfəşanlıq başlayıb.
 
“Bakı-2017” yazısını formalaşdıraraq gecə səmasına işıq saçıb. Azərbaycan komandası stadiona daxil olduğu zaman qarşıda gedən xanım mis su qabını əlində qapıdan səhnəyə daxil olub. 56 digər su daşıyıcısı ona qoşulub. Onlar bir yerdə İslam Həmrəyliyi İdman Federasiyasının 57 üzvünü təmsil ediblər. Qadınlar suyu siniyə töküblər və nəticədə gözəl fəvvarə alınıb İslam aləmi bununla rəmzi olaraq birləşib.
 
***
 
Mərasimdə Azərbaycanın və İslam sivilizasiyasının böyük töhfələri nəzərə çatdırılıb
 
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində cülh və ümid haqqında universal hekayət təqdim edilib, İslam sivilizasiyasının böyük töhfələri nəzərə çatdırılıb.
 
Nümayiş etdirilən videoçarxda Azərbaycanın əsrlər boyu formalaşmış mədəniyyətindən qaynaqlanan hekayətdə maraqlı bilik və ixtira səyahətinə çıxmış Mina adlı kiçik qız və onun çərpələngindən bəhs edilib.
 

































































Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail