İslamiada: Karateçilərimizdən 5 medal

14.05.2017 | 2854 dəfə oxunub

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə karateçilər mübarizəyə start verib. Stadium.Az xəbər verir ki, idmançılar 6 çəki dərəcəsində mükafatların sahiblərini müəyyənləşdirib.

Azərbaycan yığmasının karateçiləri 6 çəki dərəcəsindən 5-də medal qazanıblar. Yalnız Niyazi Əliyev (67 kq) günü mükafatsız bitirib.

Rafael Ağayev (75 kq) kişilərin, Fəridə Abıyeva (61 kq) qadınların yarışında bütün rəqiblərinə qalib gələrək yarışların çempionu tituluna yiyələnib. Bu, Ağayevin İslamiadalarda 3-cü medalıdı. 2005-ci ildə bürünc medala yiyələnən karateçimiz 2013-cü ildə də çempion olmuşdu.

Digər xanım idmançımız İlahə Qasımova (55 kq) da finala yüksəlsə də, həlledici qarşılaşmada uduzub. O, yarışı gümüş medalla başa vurub.

İki idmançımız isə tatamidən bürünc medalla ayrılıb. Nuranə Əliyeva (50 kq) və Firdovsi Fərzəliyev (60 kq) İslam Həmrəyliyi Oyunlarında 3-cü olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail