İslamiada: 6 boksçumuz finalda

18.05.2017 | 2884 dəfə oxunub

IV İslam Həmrəyliyi Oyunlarında boks üzrə yarımfinal mərhələsinə start verilib. 

Stadium.Az-ın məlumatına görə, Azərbaycanın 7 təmsilçisindən ilk olaraq Tayfur Əliyev rinqə çıxıb. 

56 kq çəki dərəcəsində yarışan Əliyev özbəkistanlı Abdulxay Şaraxmatovla qarşılaşıb. Görüşün sonunda hakimlərin yekdil qərarı ilə Şaraxmatov qalib elan olunub. Azərbaycan boksçusu İslamiadanı bürünc medalla başa vurub.  

75 kq çəkidə yer alan Kamran Şahsuvarlı isə finala yüksəlib. O, mərakeşli Yunnes Qarrumi ilə görüşdə hakimlərin yekdil qərarı ilə qalib elan olunub. Şahsuvarlı finalda qazaxıstanlı Tursınbay Kulahmetlə qarşılaşacaq. 

91 kq çəkidəki Teymur Məmmədov suriyalı Ala Eldin Qussinlə üz-üzə gəlib. Rəqibindən aşkar üstün təsir bağışlayan Məmmədov ilk raundda onu noqdauna salıb. Yekunda hakimlər azərbaycanlı boksçunu qalib elan ediblər. Məmmədovun finaldakı rəqibi türkiyəli Burak Akşin olacaq.

69 kq çəkidə yer alan Tamerlan Abdullayev yarımfinalda İlya Oçkindən üstün olub. O, finalda özbəkistanlı Bobo-Usmon Baturovla qarşılaşacaq. 

60 kq çəkidəki Cavid Çələbiyev də qazaxıstanlı rəqibinə qalib gəlib. O, Sultan Zaurbeki yenib. Çələbiyev finalda iraqlı Ammar Karbalai ilə qarşılaşacaq. 

81 kq çəkidə çıxış edən Rauf Rəhimov isə yarımfinalda döyüş keçirmədən həlledici mərhələyə yüksəlib. Buna misirli rəqibi Abdelerahman Abdelqavvadın döyüşdən imtinası səbəb olub. Rəhimovun finaldakı rəqibi türkmənistanlı Arslanbek Açilov olacaq. 

Nəhayət, 91 kq-dan yuxarı çəkidə Məhəmmədrəsul Məcidov yarımfinalda iordaniyalı Husseyn Yaşayışla döyüşdən qalib ayrılıb. O, finalda suriyalı Manaf Asadla qarşılaşacaq. 

Beləliklə, yarımfinal görüşlərinin yekunlarına əsasən, Azərbaycanın 6 boksçusu finala yüksəlib. Daha bir boksçu Tayfur Əliyev isə bürünc medalla kifayətlənib. 

Qeyd edək ki, final görüşləri mayın 18-də saat 16:00-da başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail