"Azərbaycanla oyun bizim üçün çox vacibdir"

30.05.2017 | 3227 dəfə oxunub

"Azərbaycanla oyun bizim üçün çox vacibdir. Hazırda Azərbaycanı 3 xal, səfərdə Norveçlə qarşılaşacaq Çexiyanı isə 2 xal qabaqlayırıq. Rəqibimiz qrupda vəziyyətini yaxşılaşdırmaq üçün xallar qazanmaq istəyir".

Stadium.Az xəbər verir ki, bu sözləri Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`Nil DÇ-2018-in seçmə mərhələsində millimizlə oyun öncəsi deyib.

O bildirib ki, qələbə qazanmasalar, hazırkı mövqelərini qoruya bilməyəcəklər:

Özümüzdən aşağı pillələrdəki komandalarla xal fərqini saxlamalı və mümkün qədər daha yaxşı oynamalıyıq. Almaniyanın San Marino ilə görüşdə 3 xal qazanacağını nəzərə alsaq, Azərbaycanla oyunda 3 xal bizim üçün qrupdakı impulsu qorumaq baxımından da önəmlidir".

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya oyunu iyunun 10-u saat 20:00-da başlayacaq.

Hazırda C qrupuna 15 xalla Almaniya başçılıq edir. Şimali İrlandiya 10 xalla 2-ci, Çexiya 8 xalla 3-cü, Azərbaycan 7 xalla 4-cü, Norveç 3 xalla 5-cidir.San Marino 0 xalla sonuncu pillədə qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail