"Deyirlər ki, hakimlər "Neftçi"yə kömək edir. Budur kömək?!"

01.12.2011 | 4693 dəfə oxunub

"Çox maraqlı və gərgin oyun alındı. Lakin hakimin bəzi qərarları məni təəccübləndirdi. Yeri gəldi-gəlmədi "Neftçi"nin futbolçularını vərəqələrə "qonaq edirdi". Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Slavço Georgiyevski klubun rəsmi saytına müsahibəsində deyib.

Makedoniyalı futbolçu "Simurq"la oyunun idarəçiliyindən gileylənib: "Bir epizodda rəqib futbolçunun kobud oynadığı barədə fikrimi sakit tərzdə hakimə bildirirərkən, mənə sarı vərəqə göstərdi. 

Flavinyo qırmızı vərəqə ilə cəzlandırıldığından, 30-cu dəqiqədən sonra bir nəfər azlıqda mübarizə apardıq. Deyirlər ki, hakimlər "Neftçi"yə kömək edir. Budur kömək?! "Simurq"u 10 nəfərlə keçdik, növbəti oyunlarda da öz gücümüzü ortaya qoyacağıq".

"Simurq" - "Neftçi" oyunu 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail