"Atletiko"ya transfer qadağası tətbiq edildi

01.06.2017 | 4873 dəfə oxunub

"Atletiko" yay fasiləsində transfer edəcəyi futbolçuları qeydiyyatdan keçirə bilməyəcək. Stadium.Az xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) FİFA tərəfindən Madrid klubuna tətbiq olunan transfer sanksiyasını qüvvədə saxlayıb.

Beləliklə, baş məşqçi Diyeqo Simeone 2017/18 mövsümünün ilk dövrəsində yeni futbolçuların xidmətindən yararlana bilməyəcək. Argentinalı mütəxəsis yüksək yerlər üçün mübarizə aparmaq üçün bir neçə səviyyəli futbolçunun transferini rəhbərlikdən istəmişdi. Transfer qadağasının qüvvədə qalması ən çox "Mançester Yunayted"i narahat edir. Antuan Qrizmannla şəxsi müqaviləni razılaşdıran "qırmızı şeytanlar" "Atletiko"nu yola gətirmək üçün zəhmət çəkməli olacaq.

FİFA "Atletiko" və "Real"a 2 transfer pəncərəsi müddətində yeni oyunçuları qeydiyyatdan keçirməyi qadağan etmişdi. "Kral klubu" 90 gün ərzində məsələni xeyrinə həll edərək yayda transfer fəaliyyətini maneəsiz həyata keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail