Pepe "Real"ı tənqid etdi

06.06.2017 | 6035 dəfə oxunub

"Real"ın portuqaliyalı müdafiəçisi Pepe yayda klubu tərk edəcəyini təsdiqləyib. Stadium.Az xəbər verir ki, təcrübəli futbolçu "As" nəşrinə açıqlamasında bunları deyib:

"Gələcəyim haqqında hələ yanvardan düşünməyə başlamışdım. Müqaviləmin bitməsinə 6 ay qalsa da, klub danışıqlara başlamaqda tələsmirdi. Artıq 10 ildir "Real"ın şərəfini qoruyuram, burda can qoymuşam. Amma başa düşürəm ki, "Real" karyeram başa çatır. Klubun strategiyasına əsasən mənə 1 illik müqavilə təklif edirlər. Danışıqlar üçün bir neçə yol var, amma "Real"ın seçdiyi yol düzgün deyildi. Lakin getmək vaxtının çatdığını düşünürəm. Gələcəyimə qalanda, digər klublarla hələlik razılığa gəlməmişəm. Komandanı vacib oyunlar gözlədiyindən mövsümün sonunu gözlədim ki, stabil şəraiti pozmayım".

Pepe "Cadena Cope" raduosuna isə klubla hansı səbəbdən yeni müqavilə imzalamadığını açıqlayıb.

"Heç kimi günahlandırmaq istəmirəm. Zidan "Real"a böyük titullar qazandırıb. Buna baxmayaraq anlamadığım bəzi şeylər var. Başa düşə bilmirəm ki, nə üçün komandadan yox oldum. Klub və rəhbərliklə sağollaşmadım. Onlar gedəcəyimi öncədən bilirdilər".

Pepenin artıq PSJ ilə tam olaraq razılığa gəldiyi bildirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail