Quardiola: "Messinin etdiklərini diqqətdə saxlamağa çalışıram"

08.06.2017 | 3816 dəfə oxunub

"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola argentinalı ulduz Lionel Messi haqqında danışıb. Stadium.Az xəbər verir ki, katalon mütəxəsis növbəti dəfə ona heyranlığını ifadə edib.

"Messinin beynində olmaq istərdik. O, futbol üçün nəzərdə tutulmuş, super istedada malik oyunçudur. Messi tarixdə ən görkəmli futbolçulardan biri olmaqla yanaşı, idman tarixində də vacib simalardandır.

Hər kəs onun qeyri-adi nəsə edəcəyini gözləyir. Azarkeşlər hər oyunda Messidən 3 qol görməyə alışıb. Bu cür təzyiqin öhdəsindən yalnız onun səviyyəsində futbolçu gələ bilər. Messidə topu pis saxlamaq və qeyri-dəqiq ötürmə etmək yoxdur.

Çətin işləri onun kimi asanlaşdıran kimsə yoxdur. Başa düşürəm ki, vaxt gələcək, Leo karyerasını bitirəcək. Ona görə onun bütün etdiklərini diqqətdə saxlamağa çalışıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail