Türkmənistan Güləş Federasiyası Toğrulun məsələsinə aydınlıq gətirdi

30.06.2017 | 6894 dəfə oxunub

“Toğrul Əsgərov Türkmənistana sadəcə tədbirə gəlmişdi. Biz onunla tanış olduq”. Stadium.Az xəbər verir ki, bu sözləri açıqlamasında Türkmənistan Güləş Federasiyasının prezidenti Tahir Xanməmmədov deyib. 

O bildirib ki, Azərbaycan güləş yığmasının üzvü, Olimpiya Çempionu Toğrul Əsgərovun bu ölkənin millisində çıxış edəcəyi barədə xəbərlər həqiqətə uyğun deyil: “Bu xəbərlər yalandır və Toğrula heç bir təklif olmayıb. Ölkəmizə bir neçə tanınmış güləşçi dəvət etmişdik. Eyni zamanda, Azərbaycan Güləş Federasiyasına da dəvət göndərmişdik. Onlar da bura Toğrulla Hacı Əliyevi yollamışdılar. Görüşdük, tanış olduq. Amma milliyə dəvət edək deyə bir məsələ yoxdur”.

Dünən Toğrul Əsgərovun Azərbaycan millisini tərk edərək Türkmənistan bayrağı altında yarışlara qatılacağı haqqında xəbərlər yayılmışdı. Eyni zamanda, federasiya ilə güləşçilər arasında da müəyyən anlaşılmazlığın, narazılığın olduğu bildirilir.

Azərbaycan Güləş Federasiyası isə hələlik bu barədə heç bir açıqlama verməyib. (Qafqazinfo)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail