Azərbaycanlı güləşçilər üsyan etdi

28.07.2017 | 5210 dəfə oxunub

Azərbaycanın adlı-sanlı pəhləvanları bu gün Güləş Federasiyasının qarşısında etiraz aksiyası keçiriblər. Stadium.Az xəbər verir ki, güləşçilərimizin narazılığına səbəb uzun müddət məvacib üzünə həsrət qalmaları və şəraitsizlikdir.

Yunan-Roma güləşi üzrə dünya çempionu, "Rio-2016"nın bürünc mükafatçısı Rəsul Çunayev mövcud problemləri dilə gətirib:

"Təlim-məşq toplanışı keçmirik. Bir ildir ki, federasiya tərəfindən maaşlar, mükafatlar verilmir. Biz dövlətimizi, vətənimizi təmsil edirik. Əsgərin silahı olduğu kimi, bizim də silahımız təlim-məşq toplanışlarıdır. Yarışlarda nəticə göstərməyəndə də tənqid olunuruq. Şərait yaradılanda yüksək səviyyədə çıxış etmişik. Zalda içməyə su belə verilmir. Məşqçilər, işçilər hamısı çıxıb gedib. Cənab Prezidentimizin dəstəyi ilə yarışlarda yüksək səviyyədə çıxış etmişik. Ancaq indiki problemlərə görə çıxılmaz vəziyyətdə qalmışıq. 3 həftədən sonra dünya çempionatına getməliyik. Uşaqların yarıdan çoxu zədəlidir. Heç birinin müalicə olunmaq imkanı yoxdur. Məni də müalicə etmədilər, öz hesabıma əməliyyat olundum. Təsəvvür edin, əməliyyat olunmaq üçün 3 ay gözləmişəm. Aramızda elə uşaqlar var ki, məşqə gələ bilmirlər. Vəziyyət o qədər acınacaqlıdır ki, xidmətçilər deyir ki, maşınınızı yuyaq, bizə 5-10 manat verin. Getdik təlim-məşq toplanışına, yemək olmadığı üçün bizi oteldən çıxartdılar. Bir nəfər də çıxıb demir ki, maliyyə niyə ayrılmır. "Bu gün-sabah” deyə-deyə ilyarımdır problemlər davam edir”.

Sərbəst güləş üzrə millimizin üzvü Hacı Əliyev: "İlk növbədə cənab Prezidentimizə təşəkkür edirəm ki, bizə hər bir şəraiti yaratmışdı. Amma bu gün bir sıra problemlərlə qarşılaşmışıq. "Rio-2016"da 9 medal qazanmışdıq. Bu, zarafat rəqəm deyil. Bizim bura yığışmağımızın məqsədi odur ki, bu qədər gənclərimiz ciddi problemlərlə üzləşiblər. Yarıdan çoxu kasıb uşaqlardır. Hamısı bayraq ucaltmaq arzusu ilə alışıb-yanırlar. Günahkar birbaşa federasiyadır. Olimpiadada qazandığımız mükafatları da almamışıq. 15 aydır ki, maaş üzünə həsrətik. Dünya çempionatına çox az vaxt qalıb. Bu şəkildə yarışa getməkdənsə, getməmək yaxşıdır”. Etiraz edənlər arasında Olimpiya çempionumuz Toğrul Əsgərov da olub. O, bir müddət öncə Türkmənistan milli komandasından təklif aldığını etiraf etmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail