Valverdi: "Biz hamımız Messinin yüksək səviyyədə oynamasını görmək istəyirik"

30.07.2017 | 5332 dəfə oxunub

"Beynəlxalq Çempionlar Kuboku" turnirində "Real"ı 3:2 hesabı ilə məğlub edən "Barselona" mövsümün ilk qeyri-rəsmi tituluna sahib çıxıb.

Stadium.Az xəbər verir ki, matçdan sonra katalon klubunun baş məşqçisi Ernesto Valverde oyundan sonra media ilə fikirlərini bölüşüb:

"Neymarın gələcəyi? Mən çalışıram ki, baş verəcəklər haqda deyil, baş verənlər haqda danışım. Biz gözləyəcəyik, amma düşünürəm ki, Neymar bizimlə qalmalı və bizə kömək etməlidir. Onu burada istəyirik və ümid edirik ki, bizimlə qalacaq.

Biz hamımız Messinin yüksək səviyyədə oynamasını görmək istəyirik. Bu gün də o, yüksək səviyyəli futbol nümayiş etdirdi.

Əlimizdə olan şərtlərə görə bütün titulları qazanmağa məcburuq. İsti havaya görə oyun çox çətin keçdi. Biz oyuna yaxşı başladıq, oyunu idarə edirdik, amma oyunun sürəti istiyə görə azaldı. Onlar bizim səhv etməyimizi gözlədi, amma mən komandanın oyununu əla qiymətləndirirəm.

Rəqibə imkan yaratdıq, amma özümüz vurmaq üçün çox çalışdıq. Qazandığımız nəticələr yaxşı oyunlara görə idi. Biz çalışdıq ki, qollarla oyunlara nəzarət edək. Qələbə qazanmaq üçün oyununun nəzarətini rəqibə vermək olmaz"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail