Velosiped İdmanı Federasiyasından sürücülərə müraciət

10.08.2017 | 4667 dəfə oxunub

Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) yığmanın sabiq üzvü Akif Abdullayevin avqustun 8-də velosipedlə hərəkət edərkən avtomobillə vurularaq dünyasını dəyişməsi ilə əlaqədar sürücülərə müraciət edib.

Stadium.Az qurumun rəsmi saytına istinadən bildirir k, sürücülərin ehtiyatsız davranışı bu cür faciəvi hadisələrə səbəb olur: “Yollarda velosipedçilərin hərəkəti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Qanunda yolda hərəkət edən avtomobillərin və velosipedçilərin vəzifələrinin (Maddə 37. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri / Maddə 38. Velosipedçinin vəzifələri) açıq şəkildə göstərilməsinə baxmayaraq, əksər hallarda avtomobil sürücülərinin ehtiyatsız davranışı bu cür faciəvi hadisələrə gətirib çıxarır. Bununla əlaqədar olaraq, AVİF mexaniki nəqliyyat vasitəsi sürücülərindən “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”ndan irəli gələn tələblərə riayət etməyi, onlara nəqliyyatın tərkib hissəsi olan velosipedçilərə qarşı daha diqqətli olmağı xahiş edir”.

Qeyd edək ki, avqustun 8-də saat 22:00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Nicat Quliyev idarə etdiyi KİA markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən paytaxt sakinləri Akif Abdullayevi və Fidan Rəhimovanı vurub, idarəetməni itirdiyindən eyni istiqamətdə hərəkətdə olan Ceyhun Bəylərovun idarə etdiyi BMW markalı avtomobillə toqquşub. Nəticədə A.Abdullayev hadisə yerində ölüb, F.Rəhimovaya isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail